"Karantin rejimi ilə bağlı qərarda tələsmək olmaz" - Hikmət Hacıyev

"Karantin rejimi ilə bağlı qərarda tələsmək olmaz" - Hikmət Hacıyev

"Azərbaycanda görülən tədbirlər nəticəsində koronavirusla bağlı sanitar-epidemioloji vəziyyət nəzarət altındadır". SİA-nın verdiyi məlumata görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

H.Hacıyev bildirib ki, koronavirusla bağlı ölkədəki bugünkü vəziyyət sevindiricidr, ancaq qabaqlayıcı tədbirlər bundan sonra da davam etdirilməlidir: "Karantin rejiminin uzadılması ilə əlaqədar lazımi tədbirlər görüləcək. Digər ölkələrdə də karantin rejiminin uzadılması ilə bağlı tədbirlər həyata keçirilir: "Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən, karantin rejimi ilə bağlı qərarda tələsmək olmaz".

Prezidentin köməkçisi qeyd edib ki, Rusiya ilə Azərbaycan sərhəd məntəqəsində insanların toplaşması kimi neqativ hallar baş verib: "Bu kimi hallar yolverilməzdir. Onların Azərbaycana gətirilməsi prosesinin mərhələli şəkildə həyata keçirilməsi üçün "evəgedirəm" portalı yaradılıb. Rusiyadallı vətəndaşlarımız 5 gün ərzində onlayn qaydada qeydiyyatdan keçəcəklər. Onların növbəli şəkildə qruplar halında ölkə ərazisinə keçməsi təmin olacaq. Daha sonra qeydiyyat növbəti qeydiyyat vaxtına qədər dayandırılacaq. Həftədə 200-400 vətəndaşlarımızın xaricdən gətirilməsi nəzərdə tutulub.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə