Bu gün ölkəmizdə bütün müalicə üsullarını tətbiq etmək imkanlarımız var. Milli Hematologiya və Transfuziologiya Mərkəzinin direktoru Valeh Hüseynov tərəfindən ayrılmış xüsusi komanda ilə layihə hazırlanıb və TƏBİB-ə təqdim olunub. Biz bunu Səhiyyə Nazirliyi ilə də geniş müzakirə edəcəyik". SİA xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin rəhbəri Ramin Bayramlı deyib.
O bildirib ki, Səhiyyə Nazirliyinin müvafiq şurasının təsdiqi ilə artıq növbəti həftələrdən COVID-19 xəstəliyindən sağalmış şəxsləri Milli Hematologiya və Transfuziologiya Mərkəzinə dəvət edəcəyik və sağalmış şəxslərdən alınan plazmalardan istifadə etmək üzrə işlər həyata keçirəcəyik: "Sağalan insanların plazmasında anti-cisimlər olur. COVID-19-la mübarizə üçün anti-cisimlər yetəri qədər olsa, yalnız ağır xəstələrə köçürə biləcəyik".
Ramin Bayramlı qeyd edib ki, plazması götürülən şəxsdə başqa xəstəliklərin olmamasına da diqqət yetiriləcək. Əgər, şəxsdə başqa xəstəlik yoxdursa bu zaman onun plazmasından istifadə ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB