Xəstə ilə təmas etmiş tibbi tullantılar məhv edilir

Xəstə ilə təmas etmiş tibbi tullantılar məhv edilir

"TƏBİB-in Tibbi Tullantıların İdarə olunması şöbəsi var. Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatları ilə epidemiya ilə əlaqədar tibbi tullantılarla balı xüsusi layihə üzərində çalışır və icrası həyata keçirilir. Yəni, artıq təsdiqlənmiş xəstə ilə təmas etmiş tullantıların təmizlənməsi və utilizasiyasına dair layihə həyata keçirilir". SİA xəbər verir ki, bunu TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

O bildirib ki, Azərbaycan bu istiqamətdə bütün resurslara sahibdir və əlavə edib ki, cəmiyyətdə insanların istifadə etdiyi və atdığı tibbi maskalar tibbi tullantılara aid edilmir.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə