Müxalifətin yaramaz siması növbəti dəfə faş olur

Müxalifətin yaramaz siması növbəti dəfə faş olur

Azərbaycanda aparılan düzgün, məqsədyönlü siyasət nəticəsində ölkəmiz nəinki regionda, ümumiyyətlə dünyada ən inkişaf etmiş dövlətlərdən birinə çevrilib. Bunu nufuzlu beynəlxalq maliyyə inistutlarıda yaydıqları hesabatları ilə təsdiqləyirlər. Hazırda Azərbaycan investisiyaların yönəldilməsində ən cəlbedici ölkə olmaqla yanaşı həm də, özü güclü sərmayədar ölkəyə çevrilib.

Son 16 ildə respublikamızın beynəlxalq iqtisadi-siyasi əlaqələri daha da güclənib, qarşılıqlı səmərəli əməkdaşlıq, dünya iqtisadiyyatına öz milli mənafeyni qorumaqla inteqrasiya olunması ölkəmizə böyük siyasi və iqtisadi dividentlər gətirib. Təbii ki, bu cür iqtisadi, siyasi uğurlar Azərbaycan vətəndaşlarının daha təhlükəsiz və sosial cəhətdən daha geniş şəkildə təmin olunması deməkdir. Amma hər kəsə bəlli olan faktda mövcuddur ki, istər xaricdə istərsə də, daxildə Azərbaycanın əldə etdiyi nailiyyətlərinə kögə salmağa cəhdlər göstərənlər var. Bunlara missal olaraq özlərini və yaxınlarını xarici xüsusi xidmət orqanlarına yem edən ölkəmizin milli və dövlətçilik maraqlarına qarşı təxribatlar törətməyə cəhd etmələrini göstərmək olar. Demək olar ki, hər fürsətdə AXCP sədri Əli Kəriml, Müsavat başqanı Arif Hacılı, “Milli Şura”nın rəhbəri Cəmil Həsənli və digərlər sosial şəbəkələrin imkanlarından bəhrələnməklə, Azərbaycanın dünyada artan nufuauna xələl gətirmək üçün dəridən-qabıqdan çıxırlar. Nədi-nədi xarici ağaları onları dövlətinə qarşı şərvə böhrtan kampaniyasına görə, qəpik-quruş verəcəklər.

Cəmiyyət onları satqın və xəyanətkarlar kimi tanıyıb, nifrət bəsləyir

Ümumiyyətlə, bəlli olan fakt ondan ibarətdir ki, dağıdıcı müxalif simasızlar siyasətə gəlir mənbəyi kimi baxırlar. Sədrlik kreslosunu da, məhz buna görə tərk etmək istəmirlər. Ə.Kərimli, A.Hacılı və C.Həsənli xarici qüvvələrlə iş birliyinə getməklə, xarici qüvvələrdən və ya fondlardan maliyyə yardımları alıblar. Ancaq siyasətdə uğur qazana bilməyiblər. Çünki müxalifət başbilənlərindən birinin, bir zaman dediyi kimi, "pul qoyub, pul götürmək olar, amma pul qoyub, siyasətdə uğur əldə etmək olmaz". Belələri haqqında çoxsaylı faktlar-sübutlar göstərmək olar. AXCP sədr Ə.Kərimlinin, Müsavat başqanı A.Hacılının, Müsavatın keçmiş başqanı İ.Qəmbərin siyasi fəaliyyətlərinə nəzər yetirdikdə, hər şeyin məlum olar. Bu məxluqlar az qala yaşlarının yarısını siyasətə qurban versələr də, qazandıqları ancaq xalqın ittihamı, tənqid və iradları olub. Ağa qara demək, xalqın sevincinə, hakimiyyətin apardığı uğurlu siyasətə qərəzli yanaşmaq onların həyat tərzidir. Cəmiyyətin bütün təqbəqləri onları satqın və xəyanətkarlar kimi tanıyıb, nifrət bəsləyirlər. Dünyanı koronavirus epidemiyası ağuşuna aldığl bir vaxtda da dağıdıcı müxalif ümsürlər öz bəd əməllərindən əl çəkmir, infeksiyaya qarşı sərt mübarizə tədbirləri nəticəsində əldə olunan müsbət nəticələrə kölgə salama çalışırlar. Prezident İlham Əliyev “Mən hər şeyi öz adı ilə çağırıram. Əgər kimsə xalqımıza, dövlətimizə düşmənçilik edirsə, onun bir adı var - düşmən. Hər kəs bunları belə də çağırmalıdır. Bunların indiki arzuları da gözlərində qalacaq” deyə bildirməklə dağıdıcı müxalifətin əsl yaramaz simasını cəmiyyətə növbəti dəfə çatdırıb. Bəlli olduğu kimi aprelin 14-də Prezident İlham Əliyevin Sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirə keçirilib. Müşavirədə Azərbaycan Prezidenti İlham Əliyev bir sıra məsələrdən danışıb və dağıdıcı müxalifəti milli və dövlətçilik maraqlarına zərbə vurmağa çalışdığı üçün sərt tənqid edib.Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, hakimiyyət tərəfindən atılan addımlar, siyasi dialoqun başlanması və müxalifət partiyaları tərəfindən buna müsbət reaksiya verilməsi müstəqillik dövründə tam yeni vəziyyətin yaradılmasına gətirib çıxarır: ““O ki, qaldı bu dialoqdan imtina edənlərə, onları siyasi qüvvə adlandırmaq düzgün olmaz. Çünki bu düşərgədə cəmləşən insanlar uzun illərdir iqtidara qarşı yox, dövlətimizə, xalqımıza qarşı çirkin mübarizə aparırlar. Onların əsas məqsədi vəziyyəti gərginləşdirməkdir. Ölkəmiz üçün, xalqımız üçün nə qədər pisdirsə, onlar üçün o qədər yaxşıdır”.

Korona+müxalifət = virus

Müşavavirədə çıxışında Cənab Prezident AXCP və Müsavat partiyalarından danşarkən deyib ki, indi koronavirus bunlar üçün sanki, göydəndüşmə bir hədiyyədir: ““Bu gün koronavirusa sevinən ancaq bu antimilli qruplaşmadır. Mən təbii ki, baş verən hadisələrdən xəbərdaram və bilirəm ki, bunların bu çirkin niyyətləri dəhşətli bir mənzərə yaradır. Ölənlərin sayının artmasını arzulayırlar, xəstələrin sayının artmasını istəyirlər, sevinirlər ki, insanlar vəfat edir. Yəni, bu, iqtidara qarşı deyil, dövlətə qarşı düşmənçilikdir. Mən hər şeyi öz adı ilə çağırıram. Əgər kimsə xalqımıza, dövlətimizə düşmənçilik edirsə, onun bir adı var - düşmən. Hər kəs bunları belə də çağırmalıdır. Bunların indiki arzuları da gözlərində qalacaq. Sözüm onda deyil, sözüm ondadır ki, siyasi islahatlar bu gün tam yeni bir konfiqurasiya yaradır. Əminəm ki, marginal qruplaşmaya yeni konfiqurasiyada yer yoxdur və olmamalıdır. Azərbaycan xalqı onları 27 il bundan əvvəl tarixin zibilxanasına atıbdır”.

Bir sözlə, göründüyü kimi, artıq dağıdıcı müxalifətin alnına yapışdırılan satqın və xəyanətkar adı mövcud faktlarla dönə-dönə təkrarlanır. Müxalifıt isə bundan nəticə çıxarmır. Məsəl var deyərlər, “abırsız bəd əməlindən utanmaz, əksinə daha həyasızlıqla fəaliyyətini davam etdirər”. Bunlarda öz əməllərindən utanmadan abırsız siaysi fəaliyyətlərini davam etdirirlər. Bu baxımdan dağıdıcı müxalifətə bu adı da vermək daha münasib olardı, korona+müxalifət = virus.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə