Lənkəran şəhəri Şəhidlər Xiyabanı küçəsi ev 46/11 ünvanında yaşayan, Lənkəran şəhər 5 nömrəli körpələr evi-uşaq bağçasında tərbiyəçi işləmiş Mirzəyeva Nuridə Arif qızının qanunsuz işdən çıxarılması ilə bağlı 15 aprel 2020-cı il tarixində abatv.az kanalında yayımlanan reportajla əlaqədar Lənkəran Şəhər İcra Hakimiyyəti təkzib yayıb. SİA-ya verilən məlumata görə, Lənkəran şəhər 5 nömrəli körpələr evi-uşaq bağçasının iş planına uyğun olaraq “Bağçada təlim-tərbiyə prosesinin təşkili barədə” məsələ ilə əlaqədar 21 noyabr 2018-ci il tarixində uşaqlarla aparılan təlim-tərbiyə prosesinin təşkili vəziyyəti araşdırılıb.
Bağçanın kiçik qrupunun tərbiyəçisi işləmiş Mirzəyeva Nuridə Arif qızının əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi müəyyən edilib. Nuridə Mirzəyeva dəfələrlə nizam-intizam qaydalarını pozub, işə vaxtında gəlməyib, nizam-intizam qaydalarını pozduğu üçün barəsində intizam tənbeh tədbiri tətbiq edilib. Lənkəran şəhər 5 nömrəli körpələr evi-uşaq bağçasının tərbiyəçisi işləmiş Mirzəyeva Nuridə Arif qızının əmək fəaliyyəti zamanı üzərinə düşən funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi barədə tərtib olunmuş akt və toplanmış sənədlər Lənkəran şəhər 5 nömrəli körpələr evi-uşaq bağçasının Həmkarlar İttifaqı Komitəsində müzakirə edilib və Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müvafiq əmri ilə əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirə bilmədiyi üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq Mirzəyeva Nuridə Arif qızının əmək müqaviləsi ləğv edilib.
Lənkəran Şəhər 5 nömrəli körpələr evi-uşaq bağçasında boş qalmış tərbiyəçi işinə isə Azərbaycan Respublikasının Milli Qəhramanı Soltanağa Bayramovun nəvəsi Məmmədova Sevanə Zakir qızı təyin edilib.
N.Mirzəyevanın ailə durumu nəzərə alınaraq ona başqa körpələr evi-uşaq bağçasında iş təkilif olunub, lakin o işlədiyi bağçada öz əvvəlki işinə qaytarılmasını tələb edib və iddiası ilə əlaqədar respublikanın müxtəlif təşkilatlarına və məhkəməyə müraciət edib. Mirzəyeva Nuridə Arif qızının iddiası əsasında “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsində baxılıb və iddianın təmin edilməməsi barədə Qətnamə qəbul edilib. Məsələ ilə bağlı apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsində, kassasiya şikayətinə isə Azərbaycan Respublikasının Ali Məhkəməsində baxılıb və Lənkəran Rayon Məhkəməsinin 2(049)-771/2019 saylı iş üzrə 13 fevral 2019-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb.
Vətəndaşa şəhər İcra hakimiyyətində dəfələrlə qəbul edilib, ona qanunvericiliyin tələbləri izah olunaraq bildirilib ki, hər hansı fiziki və yaxud hüquqi şəxsin şərəfini, layəqətini və işgüzar nüfüzünü ləkələyən qərəzli məlumatların yayılması qanunla qadağandır. İşgüzar nüfüzünu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.
Nuridə Mirzəyeva video və elektron müraciətlərində Lənkəran şəhər 5 nömrəli körpələr-evi uşaq baxçasının sabiq müdiri Hüseynova Aybəniz Fərəculla qızının şərəf və ləyaqətini alçaldan, işgüzar nüfüzüna xələl gətirən çıxış etdiyi üçün onun barəsində xüsusi ittiham qaydasında Lənkəran Rayon Məhkəməsinə şikayət verilib və hazırda həmin iş məhkəmə icraatındadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB