“Dünya azərbaycanlıları bir daha əmin oldular ki, onların bir hamisi var - İlham Əliyev"
“Dünya Azərbaycanlıları Koronovirusla mübarizə dövründə bir daha əmin oldular ki, onların bir hamisi var, o da İlham Əliyevdir”. Bu fikirləri SİA-ya acıqlamasında YAP Suraxani rayon təşkilatinin məsləhətcisi Ənvər Haqverdiyev deyib.
Onun sözlərinə görə son bir neçə aydır, bütün kainatı öz cənginə alan, dərmanı, vaksini hələ də tapılmayan və hətta dünyanın ən güclü dövlətlərinin qarşısında aciz qaldığı bir bəla ilə dünyamız üz-üzə qalmışdır. İndi bəzi tədqiqatçılar keçmiş qəzet səhfələrində əslində bu virusla bağlı yazıların getdiyini iddia etməkdədir. Bəzi dövlətlər isə Çini bu virusu qəsdən yaymaqda ittiham edirlər:” Bir sözlə əgər belə demək mümkündürsə dünya öz immunitetini itirmiş, dünyanın nəhəng dövlətləri açıqca bu virusa təslim olmuşdur. Dünyanın müxtəlif yerlərində müharibələrə başlamaq, sabitliyi qorumaq, demokatiya yaymaq, azadlıq fikirlərinin carçılığını etmək, maddi yardımlar göstərmək iqtidarında olan dünya gücləri biranda gözə görünməz bir virusun təsirində qalmışlar və sözün bütün mənalarında çarəsizdirlər.
Ayrı-ayrılıqda adlarını çəkməyəcəm, amma bilin və agah olun ki, dünyanın bütün dövlətləri “Koronovirus-Covid 19” adlı bu bəladan həm maddi həm də, mənəvi böyük xəsarətlər almaqdadır. Demək olar ki, dünyanın bütün ölkələri bu virusdan xilas olmağın tək yolunu özünü təcrid prossesində görür. İş yerləri qeyri-müəyyən bir vaxta qədər bağlanır, insanların ünsiyyətləri maksimum dərəcədə məhdudlaşdırılır, bütün mədəniyyət evləri, teatr, kino iclaslar, görüşlər hamsı təxirə salınır dünyanın hər yerində.
Bütün dünya əhalisi milli mənsubiyyətindən, maddi durumundan, inkişaf səviyyəsindən asılı olmayaraq bir məsələni özü üçün qətiləşidirməkdədir ki, dünya bizim evimizdir və biz eyni evin sakinləriyik. Son dövrlər bütün dünyada artan eqoizmin, şovinizmin fövqündə insanlar mərhəmət hissindən uzaqlaşmış, öz yaxın qohum, qonşularının belə hansı vəziyyətdə yaşamağından xəbərsiz olmuşdurlar. Bu virus bütün dünya əhalisinə bir daha vahidləşməyin, bütövləşməyin əhəmiyyətini xatırlatmış oldu. Dünya dövlətləri bir-birilərinə yardım etdiklər kimi, insanlar da bir birilərinə dəstək olur ki, bu çətin günləri bir yerdə daha az xəsarətlə ötüşdürmək mümkün olsun.
“Koronovirus-Covid19” bəlasını əlbəttə ki, bundan əvvəl ki, bütün bəlalar kimi ötürəcəyik. Şair demişkən biz cavanıq, dünya qoca dünyadır. Ancaq bir daha dünyamız köhnə dünya olmayacaqdır. Bütün sahələrdə yeniliklər olacaq və biz bu yeniliklərə hazır olmalıyıq. Lakin deməliyəm ki, bu virus göstərdi ki, biz dünya əhalisi və dünya dövlətləri heç də hər birimiz xüsusi, ekstrimal, fövqaladə hallara nəyin ki, hazırıq, hətta adi böhran vəziyyətlərində necə davranmalı olduğumuzu bilmirik”.
Ə.Haqverdiyev karantin günlərində dünyanın hər yerində karantin qaydalarını pozanlarin oldugunu vurguladi. Belə ki, marketlərə, apteklərə heç bir səbəb olmadan axınlar baş verir, insanlar özlərini sözün bütün mənalarında necə aparacaqlarını bilmir:”Bəli, qeyri-adi, fərqli bir vəziyyətdir. Lakin nəzərə alsaq ki, baş verən neqativ halların böyük əksəriyyəti məhz inkişaf etmiş qərb dövlətlərindədir insanda istər-istəməz belə bir sual formalaşır. Bəs görəsən dünyanı idarə etmək iddiasında olan bu dövlətlər doğurdanmı adi bir böhranı idarə etməkdə çarəsizdirlər???!!! Xəstəxanaların, xüsusi ilə də, təcili yardım bölmələrinin dünyanın ABŞ, İspaniya, İtaliya, Fransa kimi ən inkişaf etmiş səhiyyəyə malik dövlətlərində sözün bütün mənalarında sınaqdan keçə bilməməsi və ölüm halları kəskin artması dünya əhalisi arasında ciddi təşvişə səbəb olmuşdur.
Çox böyük təəssüf hissi ilə deməliyəm ki, ölkəmizdə də “Koronovirus Covid19” virusunun əhatə dairəsindən kənarda qala bilməmiş və bu gün ölkəmizdə min nəfərdən artıq vətəndaşımız bu xəstəliyə tutulmuşdur. Əlbəttə çox üzücü haldır ki, bu günə olan məlumata görə artıq on nəfərdən artıq vətəndaşımız bu virusun qurbanıdır. Allahdan dünyasını dəyişənlərə rəhmət, müalicə alanlara isə şəfa diləyirəm.
Yuxarıda qeyd etdiyim kimi bütün dünya əhalisinin və dövlətlərinin heç də, düzgün idarə etmədiyi bu böhranı Azərbaycan xalqı, dövləti, dövlət aparatı və dövlət başçı əl-ələ verərək böyük fədakarlıqla, anlayış, hörmət, güvən, sevgi çərçivəsində çox mükəmməl və peşakarlıqla idarə edirlər.
Dövlət mümkün, lazımi, labüd bütün addımları atıb, atmağa davam edir. Virusun aşkar olunduğu ilk günlərdə ali, orta təhsil ocaqlarında təxirə salınmaz tədbirlərin görülməsi, dərslərin dayandırılması, sərhədlərin bağlanması, böyük ticarət mərkəzlərinin bağlanması, şəhərlər, rayonlar arası gediş gəlişlərin təxirə salınması, ölkəyə çıxış-girişlərin dayandırılması, xüsusi zərurət olmadan insanların küçələrə çıxmasının məhdudlaşdırılması virusun yayılma sürətinin nəzarət altına alınmasına ciddi kömək olmuşdur.
Yalnız ölkə daxilində deyil, ölkədən kənarda yaşayan, oxuyan, müəyyən səbəblərdən geriyə qayıda bilməyən vətəndaşlarımızın istər ölkəyə qaytarılması, istərsə də, yaşadıqları ölkələrdə hər cür ehtiyaclarının dövlətimiz tərəfindən qarşılanması dövlətimizin qüdrətindən xəbər verir. Bütün dünya Azərbaycanlıları bir daha əmin oldular ki, onların bir dövlətləri var Azərbaycan Respublikası və bir Lderləri var, bir hamiləri var İlham Heydər oğlu Əliyev!!!
Dövlət başçısı bu ərəfədə də, xüsusi əhəmiyyətə malik bir sərəncam imzalayaraq, yaşı 65-dən yuxarı olan, xüsusi qayğıya etyacı olan 176 məhbusu əfv etmişdir. Xüsusi rejimli həbsxanalarda olan xəstəliyin yayılma təhlükəsinin qarşısının alınması məqsədi ilə belə bir qərar verməsi heç şübhəsiz dövlət başçının hümanizminin bariz nümunəsidir.
Evdən çıxa bilməyən, işlərini müvvəqəti dayandırmaq məcburiyyətində qalan, sosial vəziyyətləri yaxşı olmayan vətəndaşlarımıza dövlətimiz öz qayğısını əsirgəməyir. İşsizlərə müavinətlərin ayırılması, valideyn qayğısından məhrum olanların təhsil haqlarının ödənilməsi, vətəndaşların kommunal ödənişlərinin müəyyən hissəsinin dövlət tərəfindən ödənilməsi kimi vacib hallar bir daha dövlətimizin sosial siyasətindən və dövlət başçımızın xalqına olan sevgisindən xəbər verən amildir.
Deməliyəm ki, bütün böhranlardan çıxmağın yeganə yolu vahidləşmək, bütövləşməkdir. Azərbaycan xalqı hər zaman olduğu kimi bu dəfə də, Azərbaycan Respublikasıının Prezidenti, Azərbaycan xalqının böyük oğlu İlham Heydər oğlu Əliyevin ətrafında monolit şəkildə birləşə bilmişdir. Dövlət başçısının sərəncamı ilə yaradılmış və ilk ianəni Özünün bir illik maaşı vasitəsi ilə həyata keçirtmiş ” Koronovirusla Mübarizə Fondu”na demək olar ki, Azərbaycan cəmiyyətinin bir cox insanlari ianələr etmiş, dövlətinin, xalqının və dövlət başçısının yanında olduğunu bütün dünyaya nümayiş etdirmişlər”.
Ə.Haqverdiyev onu da bildirdi ki, heç bu virusun əlamətləri ölkəmizdə yox idi, Cənab Prezidentin Könüllülük ili ilə bağlı sərəncamı olmuşdur. Azərbaycanda formalaşan, cəmiyyətin hər sahədə imdadına çatan könüllülər ordusu var. Dövlətin həyata keçirditiyi bütün yerli və beynalxalq layihələrdə eyni zamanda da, cəmiyyətin mövqeyini ortaya qoyan könüllülər ordusu bu dəfə xalqımızın ən çətin günündə dövlət başçısının çağırışına qoşularaq ölkə ərazisində ev-ev gəzərək ehtyacı olan və yaşı 65-dən yuxarı olan vətəndaşlarımızın sosial problemlərinin həlli istiqamətində ciddi işlər görməkdədir: ”Bildiyimiz kimi, Yeni Azərbaycan Partiyasının bütün təşkilat və strukturları, Gənclər Birliyinin könüllü üzvləri bir nəfər kimi koronovirusla dövlətimizin apardığı mübarizəyə öz dəstəyi verdi və bu gün də, verməkdədir.
Görülən bütün işlərə dərindən nəzər yetirdik də, görərik ki, Azərbaycan Respublikasının dövlətçiliyinin yaşı cəmi 29 il olsa da, həyata keçirtdiyi tədbirlər planı, 100-illiklərlə dövlətçilik tarixləri ilə öyünən inkişaf etmiş dünya dövlətlərindən daha ciddi addımlar ata bilmişdir.
Çox böyük təəssüflə qeyd etmək istərdim ki, görülən bütün işlərlə yanaşı cəmiyyətimizdə bir qrup marginal insanlar da var ki, onlar qoyulmuş karantin qaydalarının pozulmasına, ölkədə aparılan proflatik tədbirlərin uğurla həyata keçməməsinə çalışır. Əlbəttə, siyasi və sosial bazası olmayan Azərbaycan hakimiyyətinin gördüyü işlərə qara yaxan və son nəticədə Azərbaycan dövlətinə, xalqına müxalifətlik edən bu özlərini dərk etməyən adamların apardığımız mübarizəyə kölgə salmaq cəhdləri əlbəttə baş tutmayacaqdır.
Əslində “ Koronovirus Covid19” və bu çətin günlər bu marginal qruplara öz antimilli yollarını dəyişmək və xalqa, dövlətə qarşı etdikləri günahları yumaq üçün böyük bir fürsət idi. Onlar Cənab Prezidentin çağırışına qoşularaq, dövlətin apardığı mübarizəyə dəstək verə bilər və könüllülərlə birgə ehtyacı olan ailələrə yardım edə bilərdilər. Lakin düşünürəm ki, onlar öz simalarını və olmayan əqidələrini bir daha sübut etmiş oldular.
Mən əminəm ki, dövlətimiz, xalqımız və dövlət başçımızın dəmir iradəsi nəticəsində Azərbaycan xalqı bu gözə görünməz düşmənlə mübarizədən qalib çıxacaqdır. Aydın sabahlar, mavi səmalar elə də uzaq da, deyildir... Allah Dövlətimizi və Xalqımızı qorusun!”
Nəzakət ƏLƏDDİNQİZİ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB