Türkiyədən gələn həkimlər COVID-19-la bağlı xüsusi təlim keçib

Türkiyədən gələn həkimlər COVID-19-la bağlı xüsusi təlim keçib

COVID-19-a qarşı mübarizə tədbirləri ilə əlaqədar əsas bacarıqları gücləndirmək üçün REACT-C19 layihəsi çərçivəsində ölkəyə gətirilən həkimlər COVID-19-la mübarizə üçün İzmirdə xüsusi təlimdən keçiblər. SİA xəbər verir ki, bu sözləri TƏBİB-in İdarə heyətinin rəhbəri Ramin Bayramlı deyib.

Onun sözlərinə görə, bu virusla mübarizə tədbirləri üçün xüsusi təliblər tələb edir. Türkiyədə çalışan azərbaycanlı həkimlər orada əldə etdikləri xüsusi təcrübələri buradakı həmkarları ilə bölüşəcəklər.

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan üzrə nümayəndəsi Hande Harmancı isə vurğulayıb ki, bu həkimlərin Bakıya gətirilməsi ölkədə həkim çatışmazlığının olduğuna dəlalət etmir: "Azərbaycanın minlərlə sağlamlıq işçisi var və ÜST olaraq 19 həkimi buraya gətirməyimiz xüsusi bir missiyaya xidmət edir. Bu addım hazırlıqlılıq səviyyəsinin yaxşılaşdırılmasına xidmət edir".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə