Karantin dövründə depressiyaya düşməmək üçün nə etməliyik? MÜTƏXƏSSİS RƏYİ-ÖZƏL

Karantin dövründə depressiyaya düşməmək üçün nə etməliyik? MÜTƏXƏSSİS RƏYİ-ÖZƏL

“Ümümiyyətlə stress müasir dövrümüzün ayrılmaz hissəsinə çevrilib. Çünki stressə təkcə neqativ deyil, eləcə də pozitiv hadisələr də aiddir. Lakin son dövrdə pandemiya ilə bağlı gedən proseslər, karantin rejimi insanların daha da stresli olmasına səbəb olub”. Bu fikirləri SİA-ya açıqlamasında həkim nevropotoloq Leyla Şahbazova deyib.

O bildirib ki, qlobal dünya pandemiyası ilə əlaqədar olaraq panik atakla bağlı şikayətlər çoxalmaqdadır. Panik atakın diaqnoz olmadığını deyən mütəxəssis söyləyib ki, panik-atak mövcud vəziyyətə və ya olmayan bir hadisəyə verilən reaksiyadır.

Karantin rejimində panik atakla necə mübarizə aparmaq olar?

Həkimin sölərinə görə, panik atak keçirən insan ilk növbədə olduğu məkanı dəyişməlidir: “Eyvana çıxmaq və ya otağı dəyişmək müsbət təsir göstərə bilər. Çünki panik atak zamanı nəfəs daha da tezləşir və bu havasızlıq şəraitində vəziyyəti daha da gərginləşdirə bilir. Ona görə də pəncəri açıb 4 saniyə ərzində nəfərsimizi çəkib, bir sani müddətində saxlayıb və yenidən 4 saniyə ərzində buraxmaqla vəziyəti yüngülləşdirə bilərik. Bunu nəfəsimiz tənzimləyənə qədər edə bilərik. O zaman daha müsbət nəticə görərik”.

Bəs depressiya nədir və onun panik atakla necə ayırd edə bilərik?

Mütəxəssis qeyd edib ki, panik atak 10 dəqiqədən 30 dəqiqə arasında davam edən vəziyyətdir: “Bu müddət ötəndən sonra insan normal halına qayıdır. Lakin depressiya zamanı insan daim bədbin fikirlərə qapılır, iştahadan kəsilir, yuxu pozğunluqları baş verir, heç nəyə maraq göstərmir. Belə vəziyyətlərdə mütəxəssis məsləhəti ilə müalicə almaq mütləqdir. Çünki vaxt uzandıqca bu artıq xarakterə çevrilir və belə olanda müalicəsi daha da çətinləşir. Müalicə zamanı hər kəs üçün fərqli təyin olunur”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə