"Bizim tövsiyyələrimizi dəyişdirəcək dərəcədə yeni simptomlardan danışa bilmərik". SİA xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan üzrə nümayəndəsi Hande Harmancı deyib.
O bildirib ki, ən sıx rast gəlinən simptomlar hələ də qızdırma, öskürək və halsızlıq əlamətləridir. Digər simptomları anlamaq üçün biraz gözləmək lazımdır.
TƏBİB-in İdarə heyətinin rəhbəri Ramin Bayramlı isə bildirib ki, son elmi məqalələrdə bu virusun anemiyaya səbəb olması məlumdur və bu istiqamətdə tətqiqatlar aparılır. Artıq müvafiq mərkəzlərdə bu üzrə araşdırmalar həyata keçirilir.
Müəllif: Nigar Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB