Azərbaycanda xəstəxanalarda COVİD-19-a qarşı mübarizə tədbirlərini gücləndirməyə istiqamətlənmiş REACT-C19 layihəsinin koordinatoru Hamza Zeytinoğlu layihə üzrə 16 xəstəxanın seçildiyini, ilk növbədə Bakıdakı 4 xəstəxanada, daha sonra isə regionlardakı xəstəxanalarda 4 işçi qrupundan ibarət 19 həkimlə virusla mübarizə çərçivəsində layihəyə start verəcəklərini bildirib. SİA xəbər verir ki, Hamza Zeytinoğlunun sözlərinə görə, həkimlər 14 həftə boyunca bu xəstəxanalarda çalışacaqlar.
Belə ki, ilk növbədə sabahdan etibarən Bakıda layihənin tətbiqinə başlanılacaq. Hamza Zeytinoğlu əlavə edib ki, təlimlər başa çatandan sonra Azərbaycanda bu sahədə təcrübəli həkim heyəti də formalaşacaq: "Azərbaycan COVID-19-la mübarizəsə şanslı başladı və düşünürəm ki, bu uğura da davam etdirəcəyik".
TƏBİB-in idarə heyətinin rəhbəri Ramin Bayramlı əlavə edib ki, bu layihə çərçivəsində virusla mübarizəni daha da üst səviyyəyə gətirəcəyik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB