Bakıda 40-a yaxın küçə və yol təmir olunur

Bakıda 40-a yaxın küçə və yol təmir olunur

Sərnişindaşımanın rahat şəkildə təmin olunması məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən müəyyən küçə və yollar təmir olunur. Agentliyin İctimaiyyətlə Əlaqələr Şöbəsindən SİA-ya verilən məlumata , təmir işləri Bakı şəhərində 7 rayon ərazisində, həmçinin Abşeron rayonunda müntəzəm sərnişindaşıma ilə məşğul olan avtobusların marşrut hərəkəti üzrə Bakı Nəqliyyat Agentliyinin müraciəti əsasında aparılır.

Rahat gediş-gəlişin təmin edilməsi istiqamətində aparılan təmir işləri Qaradağ, Sabunçu, Binəqədi, Xətai, Səbail, Suraxanı, Xəzər və Abşeron rayonları ərazisində 26 marşrut xətt üzrə 40-a yaxın küçə və yollarda görülür.

Asfaltlanma işləri ümumilikdə 1500 kv.m-ə yaxın sahəni əhatə edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə