REACT-C19 layihəsi həm Bakıda, həm də rayonlarda tətbiq olunacaq

REACT-C19 layihəsi həm Bakıda, həm də rayonlarda tətbiq olunacaq

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan üzrə nümayəndəsi Hande Harmancı koronavirusla mübarizə ilə bağlı bacarıqları inkişaf etdirməyə yönəlmiş REACT-C19 layihəsinin önəmindən danışıb. SİA xəbər verir ki, Hande Harmancı layihənin məqsədinin Azərbaycan hökumətinin COVID-19-la bağlı mübarizəsini gücləndirməyə istiqamətlənib.

Onun sözlərinə görə, koronaviruslu xəstələr üçün xəstəxanalar hazırlanır və sürətli təlimlər keçirilir: "Bu yeni başlayan layihə də xəstəliklə mübarizə aparmaq üçün xəstəxanaların gücləndirilməsinə töhvə verəcək. Layihə çərçivəsində 4 qrupda çalışacaq 19 həkim Bakı və Azərbaycanın digər rayonlarında xəstəliklə mübarizəyə qoşulacaqlar. 3 ay boyunca buradakı həmkarlarına dəstək olacaq və sistemin gücləndirilməsinə xidmət edəcəklər".

Hande Harmancı qeyd edib ki, bu19 həkim əməkdaşın seçilməsində Türkiyədəki Azərbaycanlı Həkimlər Dərnəyinin çox böyük köməy olub. Onun sözlərinə görə, müraciətlər çox olsa da müəyyən kriteriyalara əsasən seçimlər edilib və 19 həkim əməkdaş Azərbaycan hökumətinin təşkilatçılığı ilə xüsusi təyyarə vasitəsilə İzmirdən Bakıya gətirilib.

Layihə çərçivəsində veb sayt da hazırlanır. Bu sayt onlayn olaraq layihədə çalışacaq hər kəs məlumat mənbəyi olacaq. Veb sayt Azərbaycan və ingilis dillərində olacaq.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə