COVID-19-a qarşı yeni layihə üzrə 4 qrup həkim fəaliyyət göstərəcək

COVID-19-a qarşı yeni layihə üzrə 4 qrup həkim fəaliyyət göstərəcək

COVID-19-la bağlı əsas bacarıqları sürətlə inkişaf etdirməyə yönəlmiş REACT-C19 layihəsinin təşkilatçıları və əsas koordinatorları açıqlanıb. SİA xəbər verir ki, layihənin əsas təşkilatçıları Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan üzrə nümayəndəsi Hande Harmancı, Heydər Əliyev Fondunun Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri, millət vəkili Soltan Məmmədov və layihənin sahə koordinatoru Türkiyədən olan mütəxəssis Hamza Zeytinoğlu və 19 Türkiyədə çalışan azərbaycanlı həkimlərdən ibarətdir.

TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlının sözlərinə görə, həkimlər 4 qrup şəklində fəaliyyət göstərəcək. Türkiyədə mütəxəssis təhsilini tamamlayan, orada əmək fəaliyyətinə başlamış azərbaycanlı həkimlərdən ibarət heyət 3 ay müddətinə Azərbaycan Respublikasında COVID-19 əleyhinə çalışacaqlar.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə