Cənab Prezident, biz Sizinləyik! VETERANLAR YAZIR

Cənab Prezident, biz Sizinləyik! VETERANLAR YAZIR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması ilə bağlı gördüyü işlər xalqımız tərəfindən yüksək qiymətləndirilir. Bununla əlaqədar dövlətimizin başçısına minnətdarlıq məktubları gəlməkdə davam edir. SİA Biləsuvar rayon sakini Məhərrəməli Kazımlının məktubunu təqdim edir:

Hörmətli Prezidentimiz.

Sizin uzun illərdir ölkəmizin səhiyyə sahəsində həyata keçirdiyiniz əsaslı islahatlar öz bəhrəsini verməkdədir. Yeni səhiyyə ocaqlarının istifadəyə verilməsi, ölkəmizdə yüksək səviyyəli tibbi heyətin formalaşmasına hesablanmış dövlət siyasəti imkan verəcək ki, koronavirus infeksiyasının daha az zərərlə aradan qaldıılmasına nail olaq. Bu çətin günlərdə modul tipli tibb müəssisələrinin yaradılması, tibbi maska istehsalı müəssisəsinin istifadəyə verilməsi Sizin çevik fəaliyyətinizin bariz nümunələridir. Biz - Biləsuvar veteranları Sizin bu fəaliyyətinizi alqışlayırıq.

Cənab Prezident, qeyd etmək istəyirik ki, bütün bu tədbirlərin həyata keçirilməsində Sizinləyik. Biz birlikdə güclüyük!

Bütün xəbərlər Facebook səhifəmizdə