Sizin müdrikliyiniz sayəsində bu qorxunc virusdan minimum zərərlə qurtulacağıq - PREZİDENTƏ MƏKTUB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması ilə bağlı gördüyü işlər xalqımız tərəfindən yüksək qiymətləndirilir. Bununla əlaqədar dövlətimizin başçısına minnətdarlıq məktubları gəlməkdə davam edir. SİA Naftalan şəhər sakini Afiq Muradovun Prezidentə ünvanladığı məktubu təqdim edir:
Möhtərəm cənab Prezident.
Bu gün bütün dünya ciddi şəkildə sınaqdan keçir. Koronavirus infeksiyası bütün dünyada sürətlə yayılır. Sizin qətiyyətli tapşırıqlarınız nəticəsində bu virusun ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində bütün dövlət orqanları tərəfindən ciddi şəkildə iş aparılır. Hazırlanmış sosial-iqtisadi paketlər, həkimlərimizi ilk gündən diqqət mərkəzində saxlamanız bizim gələcəyə ümidimizi daha da artırır. Ölkəmizdə kiçik şübhə doğuracaq hər bir məqama böyük diqqət yetirilir. Virusa yoluxma ehtimalı olan şəxslər dərhal nəzarətə götürülür. Biz həkimlər əminik ki, Sizin müdrikliyiniz və qayğıkeşliyiniz sayəsində bu qorxunc virusdan minimum zərərlə qurtulacağıq.
Sizə və ailənizə cansağlığı arzulayıram. Allah Sizi, dövlətimizi, millətimizi qorusun.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB