Bizə göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarıq, cənab Prezident - MƏKTUB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması ilə bağlı gördüyü işlər xalqımız tərəfindən yüksək qiymətləndirilir. Bununla əlaqədar dövlətimizin başçısına minnətdarlıq məktubları gəlməkdə davam edir. Belə məktublardan biri də Bakı şəhəri, Suraxanı rayon sakinləri Manafova Sədaqət Faiq qızı, Caniyev İsmayıl Rauf oğlu, Qəzənfərov Şahin Şamil oğlu, Cabbarov Rövşən Ənvər oğlu, Məmmədovxanov Zaur Fərhad oğlu, Abdullayeva Validə Atabala qızından gəlib. SİA həmin məktubu təqdim edir:
Hörmətli cənab Prezident.
Son illər respublikamızda aparılan abadlıq-quruculuq işləri Suraxanı rayonundan da yan keçməyib. Bu işlər Sizin imzaladığınız dövlət proqramlarının, fərman və sərəncamların icrası ilə mümkün olub və insanların rifahının yaxşılaşmasına, işsizliyin aradan qaldırılmasına xidmət edib.
İlin əvvəlindən Yeni Suraxanı qəsəbəsində bir neçə küçə və yaşayış məntəqəsində daxili yollara asfalt örtüyün çəkilməsi bütün qəsəbə sakinlərini çox sevindirdi. Bundan sonra insanlar və avtomobillər bu yollarla daha rahat hərəkət edəcək.
Bütün hallarda insanların rahatlığını düşünərək onların qayğısına qaldığınıza görə Sizə minnətdarlığımızı bildiririk. Tanrı Sizi qorusun!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB