Sizin yorulmaz fəaliyyətiniz sayəsində dövlətimiz bu ağır sınaqdan üzüağ çıxacaq - Prezidentə məktub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması ilə bağlı gördüyü işlər xalqımız tərəfindən yüksək qiymətləndirilir. Bununla əlaqədar dövlətimizin başçısına minnətdarlıq məktubları gəlməkdə davam edir. SİA Prezidentin rəsmi saytına istinadən Bakı şəhəri Xətai rayon sakini Hüseynov Hüseyn Məhəmmədəli oğlunun məktubunu təqdim edir:
Zati-aliləri, möhtərəm cənab Prezident.
Mən və ailəm Sizi daim dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik. Sizin xalqımızın rifahının yaxşılaşdırılması üçün səylə çalışmağınız və yürütdüyünüz ardıcıl siyasət bizi fərəhləndirir.
Hazırda koronavirus pandemiyası dünyaya və insanlığa meydan oxuyur. İnanırıq ki, məhz Sizin yorulmaz fəaliyyətiniz, bu məsələ ilə bağlı iradəniz xalqımızı bu bəladan qorumağa imkan verəcək və dövlətimiz qısa zamanda bu ağır sınaqdan üzüağ çıxacaq. Siz hər bir vətəndaşın sağlam qalması, ölkəmizin bu böhranlı vəziyyətdən maksimum az itki ilə xilas olması üçün bütün imkanları səfərbər edirsiniz. Biz vətəndaşların vəzifəsi isə Sizin qərarlarınıza əməl etməkdir. İnanıram ki, Vətənini, millətini, dövlətini sevən hər bir Azərbaycan vətəndaşı evdə qalacaq, tezliklə bu qara buludlar başımızın üzərindən çəkiləcək və dövlətimiz Sizin müdrik rəhbərliyinizlə tutduğu inkişaf yolunu davam etdirəcəkdir.
Sizə müraciət etməyimizin əsas səbəbi böyük zəhmət və məhəbbətlə qurulan, uğurla inkişaf edən respublikanın vətəndaşları kimi həmişə yanınızda olduğumuzu bəyan etmək, bundan qürur və şərəf duyduğumuzu bildirməkdir. Tanrı Sizi və dövlətimizi qorusun.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB