"Sağlamlığımızın qayğısına qaldığınıza görə Sizə minnətdarlığımızı bildiririk" - Prezidentə yazırlar
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması ilə bağlı gördüyü işlər xalqımız tərəfindən yüksək qiymətləndirilir. Bununla əlaqədar dövlətimizin başçısına minnətdarlıq məktubları gəlməkdə davam edir. SİA-nın verdiyi məlumata görə, belə məktublardan biri də Daşkəsən rayon Bayan kəndinin sakinləri adından Rəcəbov Firdovsi, Orucov Bayraməli və Əhmədov Sakitin imzası ilə yazılıb. Məktubda deyilir:
Möhtərəm cənab Prezident.
Yaşadığımız bu çətin günlərdə Azərbaycan vətəndaşlarına göstərdiyiniz dəstəyi hər birimiz görürük və buna görə Sizə təşəkkür edirik. Sizin təşəbbüsünüzlə görülən işlər səmərəsini göstərdi. Apteklərdə, ticarət obyektlərində süni qiymət artımına yol verilmədi, ortaya çıxan hər bir çətinlik vaxtında aradan qaldırıldı.
Rayonumuzda da koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı qabaqlayıcı tədbirlər görülür. Əminik ki, bu tədbirlər tezliklə müsbət nəticə verəcəkdir.
Sağlamlığımızın qayğısına qaldığınıza görə Sizə minnətdarlığımızı bildiririk.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB