Alimlərdən koronavirusa yoluxanlarla bağlı XƏBƏRDARLIQ

Alimlərdən koronavirusa yoluxanlarla bağlı XƏBƏRDARLIQ

Kaliforniya Universitetinin (ABŞ) alimləri koronavirusa yoluxanların bir sıra psixo-nevroloji xəstəliklərlə üzləşə biləcəkləri ilə bağlı xəbərdarlıq ediblər. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, tədqiqatçılar köhnə təcrübəyə əsaslanaraq bildiriblər ki, pandemiya müxtəlif psixoz, ensefalopatiya və digər anormallıqlarla müşahidə oluna bilər. Onun sözlərinə görə, bu xəstəliklər yalnız infeksiyanı keçirən şəxslər də qeydə alınır.

“COVİD-19 həm fərd, həm də bütün ictimaiyyət üçün stress faktorudur. Çünki infeksiya ilə bağlı hər kəsdə xəstəlikdən əvvəl ölüm qorxusu var”, - deyə araşdırmanın müəlliflərindən biri Susie Hong bildirib.

Qeyd edilib ki, əvvəlki tədqiqatların nəticələri zamanı da məlum olub ki, XVIII-XIX əsrlərdə geniş yayılan "İspan qrip"i zamanı da insanlarda çox ciddi psixoloji problemlərə rast gəlinib. Bununla bağlı sübutlar SARS, donuz qripi və Orta Şərqdə yayılan MERS epidemiyaları zamanı da qeydə alınan faktlarda öz əksini tapıb.

"Artıq COVID-19-a yoluxan insanların sinir sistemində pozuntuların olması ilə bağlı məlumatlar var”, - deyə alim qeyd edib.

Tədqiqatçıların fikrincə, hazırda xəstələr arasında kütləvi şəkildə psixo-nevroloji problemlərin yaranması ilə bağlı məlumat yoxdur. Lakin bu illər sonra özünü biruzə verə bilər.

Qeyd edək ki, Ümümdünya Səhiyyə Təşkilatı yeni növ koronavirusu dünyada pandemiya elan edib. İnfeksiyaya yoluxanların sayı dünyada 2 milyona yaxınlaşır, ölənlərin sayı isə 123 mini ötüb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə