Yevlaxda narkotik vasitələrin qanunsuz daşınmasında şübhəli bilinən İİR-nın vətəndaşı tutulub

Yevlaxda narkotik vasitələrin qanunsuz daşınmasında şübhəli bilinən İİR-nın vətəndaşı tutulub

Dövlət Sərhəd Xidmətinin və Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

SİA Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupuna isstinadən xəbər verir ki, daxil olmuş məlumat əsasında Dövlət Sərhəd Xidmətinin və Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz olaraq daşınmasında şübhəli bilinən İran İslam Respublikasının vətəndaşı Həsən Bozorgi saxlanılaraq polis şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman cibindən 1 ədəd sellofan torbaya bükülmüş çəkisi 7.12 qram olan tiryək aşkar edilərək götürülüb. Araşdırmalar zamanı onun sərhədi qanunsuz olaraq keçdiyi də müəyyən edilib. Dindirilmə zamanı o, törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə