Vətəndaşdan Prezidentə: "Nə yaxşı ki, Azərbaycanımızın Sizin kimi lideri var" - MƏKTUB
Ölkəmizdə koronavirus pandemiyasına qarşı görülən tədbirlər, əhalinin sağlamlığının qorunması ilə bağlı atılan addımlara görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ünvanına vətəndaş məktubları gəlməkdə davam edir. SİA-nın verdiyi məlumata görə, belə bir məktubu da Bakı şəhəri Yasamal rayonunun sakini Veysəl Vəliyev yazıb: “Çox hörmətli, qayğıkeş Prezidentimiz, hazırda dünya dəhşətli bir bəla ilə üz-üzədir. Azərbaycan bu qlobal problemdən az itki ilə çıxmaq üçün ciddi addımlar atır. Bütün bunlar Sizin həyata keçirdiyiniz səmərəli tədbirlərin nəticəsidir.
Mən O.Kutafin adına Moskva Dövlət Hüquq Universitetində magistr təhsili alıram və Sizin göstərişinizlə martın 27-də xüsusi reyslə Rusiyadan ölkəmizə gətirilən tələbələrdən biriyəm. Bizi Heydər Əliyev Beynəlxalq Aeroportundan birbaşa Atletlər Kəndinə apardılar. Əvvəlcədən burada hər cür şərait yaradılmışdı. Ölkəmizin malik olduğu bu imkanlar məni qürurlandırdı. Çünki böyük dövlətlərin koronavirusa qarşı mübarizədə necə aciz qaldıqlarını hamı görür. Ancaq xaricdən gələn tələbələrimizə burada göstərilən diqqət və qayğı mükəmməl idi. Səliqə-sahman, vaxtında düzgün qidalanma, müayinə, həkimlərin xüsusi diqqəti məni çox sevindirdi. Karantində 14 gün qaldıqdan sonra evimizə göndərildik. Artıq ailəmə qovuşmuşam.
Cənab Prezident, karantin müddətində mənə göstərilən diqqət və qayğıya görə həm öz adımdan, həm də valideynlərimin adından Sizə dərin minnətdarlığımı bildirirəm. Nə yaxşı ki, Azərbaycanımızın Sizin kimi lideri var. Siz hər zaman Azərbaycanı böyük bəlalardan qoruyursunuz. Ona görə də mən bir Azərbaycan gənci olaraq Sizinlə fəxr edirəm. Bir hüquqşünas kimi söz verirəm ki, yürütdüyünüz müstəqil siyasətinizin hər zaman dəstəkçisi olacağam. Tanrı Sizi qorusun!”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB