TƏBİB: Yoluxma halları əksər hallarda erkən aşkarlanıb

TƏBİB: Yoluxma halları əksər hallarda erkən aşkarlanıb

"Ölkə daxilində yoluxma halları əksər hallarda erkən aşkarlanıb". SİA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

O bildirib ki, bununla da süni tənəffüs cihazına qoşulmalı olan xəstələrin sayı az olub: "Bizim üçün ən önəmlisi budur. Erkən diaqnoz çox önəmlidir. Vətəndaşlarımıza bununla bağlı xüsusi müraciət edirik ki, özlərində simptomları hiss edərkən təcilli tibbi yardıma müraciət etsinlər".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə