Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması ilə bağlı gördüyü işlər xalqımız tərəfindən yüksək qiymətləndirilir. Bununla əlaqədar cəmiyyətin müxtəlif qruplarından həm Prezidentin rəsmi elektron poçtuna minnətdarlıq məktubları daxil olur, həm də onlar media vasitəsilə dövlət başçısına dəstək nümayiş etdirirlər.
“XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri Mahirə Əmirhüseynovanın Prezidentə ünvanladığı müraciət də bu qəbildəndir: “Cənab Prezident, hər zaman xalqın yanında olmağınız və həyata keçirdiyiniz sosial siyasət cəmiyyətin hər bir üzvünün ürəyincədir. Ölkəmizi müxtəlif təhdidlərdən qoruyan, onun davamlı və böyük uğurlar əldə etməsinə imkan yaradan mühüm səbəblərdən biri məhz liderlə xalq arasında olan bağlılıqdır, lider-xalq birliyinin təcəssümü və təzahürüdür. Lider ən kritik vaxtlarda öz vətəndaşının yanında, vətəndaş isə öz dövlətinin, liderinin yanındadır. Bir vətəndaş, ictimai institutun təmsilçisi olaraq həmişə Sizinləyik. Ölkə vətəndaşlarının sağlamlığının qorunması istiqamətində gördüyünüz işlərə görə bir daha Sizə təşəkkür edirəm. İnanıram ki, Sizin müdrik qərarlarınızla biz bu bəladan minimum zərərlə qurtulacağıq. Sizinlə fəxr edirik, Sizə dəstəyimiz misilsizdir!”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB