“Azərkosmos” ASC “Qan ver, həyat bəxş et!” şüarı ilə B.Eyvazov adına Elmi Tədqiqat və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının dəstəyi ilə qanvermə aksiyasına qoşulub. ASC-dən SİA-ya bildirilib ki, “Azərkosmos” koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə davam edən karantin rejimi müddətində talassemiya, hemofiliya, leykoz xəstəliyindən əziyyət çəkən, eləcə də təcili əməliyyata ehtiyacı olan insanlara kömək məqsədilə qan ehtiyatının artırılmasına dəstək olub. “Azərkosmos”un əməkdaşları könüllü donor olaraq insan həyatını xilas edən bu xeyirxah aksiyaya qoşulmaqla ölkəmizdə koronavirusa qarşı mübarizədə sosial həmrəylik nümayiş etdirib.
Dünyada hər iki saniyədə bir nəfərin qana ehtiyacı olur. Qan donorluğu nəinki həmin insanların həyatını xilas edir, həm də qan donorunun sağlamlığına müsbət təsir göstərir. Belə ki, qanvermə ürək-damar xəstəlikləri və şəkərli diabet riskini azaldır və immun sisteminə müsbət təsir göstərir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB