Əli Kərimli bir yolla gündəmə gəlməyi planlaşdırır - TƏXRİBAT

Əli Kərimli bir yolla gündəmə gəlməyi planlaşdırır - TƏXRİBAT

Sevinc Osmanqızına və Qənimət Zahidə AXCP sədrinə dəstək üçün yeni təlimat verilib

Mövcud reallıqlara əsaslanaraq demək olar ki, Azərbaycanın dünyada yeri və rolu möhkəmləndikcə, xarici maraqlı dairələr və onların əlaltıları ölkəmizə qarşı daha amansız qarayaxma kampaniyası aparır, şər və böhtanlarını daha geniş şəkil də, səsləndirirlər. Sosial dayaqlarını itirmiş dağıdıcı müxalif ünsürlər Azərbaycanın hərtərəfli inkişafını gördükləri və bu vəziyyətin onların məkrli məqsədlərinə çatmalarında cidd əngəl olacağını dərk etdikləri üçün anti-Azərbaycan dairələrlə işbirliyinə gedirlər. Çünki özləri demiş, məqsədlərinə çatmaq üçün şeytanla da əməkdaşlığa hazırdırlar.

AXCP, Müsavat liderləri kimi marginallaşmış, milli maraqları tapdaq altına atan xəyanətkarların yalan vədlər, populist çağrışlarla insanları aldatmağa və bununlada maddi və mənəvi dəstək aldıqları xarici maraqlı dairələrin göstərişlərini yerinə yetirməyə çalışdıqları təkzib olunmaz faktora çevrilib. Maraqlı məqamlardan biri də, odur ki, AXCP, Müsavat, "Milli Şura" funksionerlərinin təxribat maşını digər hansı ağıla və mənsəbə qulluq etdikləri bilinməyən “cırtdan” partiyaları və onların yetkililərini də, zəhərləməkdədir. Yəni, ADP sədri Sərdar Cəlaloğlu, “VİP” sədri Əli Əliyev, “Ümid” sədri İqbal Ağazadə və digərləri “bəlkə xarici dairələr bizlərə də, bir şey verdi” arzusu ilə, sosial şəbəkələrdə sərsəm xarakterli düşük vidiolar, statuslar paylaşırlar. Xatırlatmaq lazımdır ki, S.Cəlaloğlu və İ.Ağazadə bir qədər əvvəl meydana çıxaraq "Qarabağ və Respublika Uğrunda" Hərəkatın yaradılaması təşəbbüsü ilə çıxış ediblər. Bəh-bəhlə yaradılan yenu qurumda ADP, "Ümid", Klassik Xalq Cəbhəsi, Azadlıq, Liberal-Demokrat, “Vətəndaş və İnkişaf”, Aydınlar, “Böyük Azərbaycan”, Azərbaycan Xalq və Azad Demokrat partiyaları təmsil olunurlar. "Qarabağ və Respublika Uğrunda" Hərəkatın yaradılamasından öncə isə, bu biçarələr bir araya gələrək, "SPDİHMM" adlı qurum yartmışdırlar.

Müxalifət koronavirus epidemiyasından siyasi maraqları üçün istifadə etməyə çalışır

Hətta bu partiyaların sədrləri Polaşanın Azərbaycandakı səfiri Beata Baranşka ilə görüşərək, ondan bu qurumun siyasi arenaya çıxmasına dəstəyini almışdılar. Bununla S.Cəlaloğlu, M.Mirəlioğlu, İ.Ağazadə və digərləri səfirin timsalında Avropadakı maraqlı qüvvələrdən yardım almaq arzusunda olduqlarını nümayiş etdirmişlər. Anacaq Qərbdəki maraqlı dairələr işlərini yalnız AXCP, “Milli Şura” və Müsavat yetkiləri ilə qurduqlarından, "SPDİHMM" təmsilçilərinin istəkləri iflasa uğramışdır. Beləliklə də, yeni yaradılan qurum siyasi arenada işıq üzü görmədən fəaliyyətini dayandırdı. Yaradılan "Qarabağ və Respublika Uğrunda" Hərəkatının perespektivinə böyük ümidlər bəsləyən İ.Ağazadə və S.Cəlaloğlu yenidən Polşanın Azərbaycandakl səfirinin dəstəyinə ümid bəsləməklə gündəmə gəlmək və bununla da təxribatlar törətmək, şər və böhtanlar sələndirməkdə AXCP, Müsavat, “Milli Şura” funksionerlərindən geri qalmadıqlarını nümayiş etdirmək istəyirlər. ASDP sədri Araz Əlizadə bildirir ki, ABŞ hansısa ölkədə sabitliyi pozmaq, çaxnaşma salmaq istəyirsə, oradakı gədə-güdəni bir yerə yığır və İsveç vasitəsilə Polşa maliyyələşir və həmin gədə-güdələr orada təlim görürlər: "Biz bunu Ukraynadakı "narıncı inqilab"da, Maydan hadisələrində, Gürcüstandakı "qızılgül" inqilabında da müşahidə etmişik. Postsovet məkanında harada inqilab olursa, orada Polşanın barmağını görürük. Polyaklar haqqında ən gözəl tərifi Karl Marks verib: Qəribə millətdirlər, harada istəsən orada xaos yarada, insanları bir-birinə qarşı qoyub qırdıra bilər, sonra isə yaxalarını kənara çəkə bilərlər. Rusiyaya qarşı embarqonu, iqtisadi sanksiyaları vaxtilə, elə indi də hamıdan çox tələb edən Polşa olub. Amma sonradan Polşa Avropa İttifaqına birinci müraciət etdi ki, alma satışından 500 milyon itirmişəm, mənim pulumu ver".

Bir sözlə, görünən odur ki, koronavirus epidemiyasının dünyanı ağuşuna aldığı bir vaxtda müxalifət düşərgəsində təmsil olunan partiya funksionerləri Azərbaycan xalqı ilə birlik nümayiş etdirməkdənsə təxribatlara daha çox üstünlük verirlər. Xüsusilə də, Ə.Kərimli sanki, bu günü gözləyirmiş kimi, ağına- bozuna baxmadan pozucu fəliyyətini daha açıq və sərt formada genişləndirir. Hətta “Siyasi partiyalar haqqında” qanunu kobud şəkildə pozaraq məram və məqsədlərini anlamayan insanları küçələrə çıxmağa və silahlı qarşıdurma yaratmağa çağırır. Məlumata görə, Ə.Kərimli növbəti günlər də, səs-küylü təxribatlar törətməyi planlaşdırır. Hətta bu təxribatların xarici ölkələrin mətbu orqanlarında işıqlandırlması və beynəlxalq təşkilatların rəhbərlərinə operativ şəkil də, çatdırılması üçün Sevinc Osmanqızına və Qənimət Zahidə də, Qərbin anti-Azərbaycan dairələri tərəfindən xüsusi təlimatların verildiyi bildirilir. Bütün bunlar onu təsdiq edir ki, pozucu şəbəkə geniş fəaliyyətə başlayıb. Bu isə, cavabsız qalmamalı və hüquq mühafizə orqanları planlaşdırılan qanunsuz hərəkətləri araşdırılmalı və ona qiymət verilməlidir.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə