Azərbaycan insan hüquqlarının müdafiəsi sahəsində dünyada öndə durur
BMT-nin İnsan Huquqları Şurasının qətnaməsinə uyğun olaraq yaradılan Universal Dovri İcmal uzrə İşci Qrupu arasında ozunun sessiyalarını kecirmişdir. İclasda Azərbaycan tərəfinin məruzəsi nəzərdən kecirilmişdir.
Azərbaycan numayəndə heyətinə Xarici İşlər nazirinin muavini Xələf Xələfov başcılıq etmişdir. İclasda İşci Qrupu Azərbaycan ilə bağlı hesabatı qəbul etmişdir. İnsan Huquqları Şurası Azərbaycan ilə bağlı icmala vasitəcilik etmək ucun məruzəcilərdən ibarət ucluyu secdi: Ekvador, Sloveniya və Birləşmiş Ərəb Əmirlikləri. Ermənistan, Banqladeş, Belcika, Braziliya, Almaniya, Lixtenşteyn, Portuqaliya, Sloveniya, İspaniya, İsvec, Boyuk Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Amerika Birləşmiş Ştatları və Uruqvay tərəfindən əvvəlcədən hazırlanmış sualların siyahısı ucluk vasitəsilə Azərbaycana təqdim olunmuşdur. Bu suallar universal dovri icmalın internet səhifəsində dərc olunmuşdur.
Azərbaycan qeyd etmişdir ki, universal dovri icmal insan huquqlarının və əsas azadlıqlarının mudafiəsi, dialoqun təşviqi və təcrubənin boluşdurulməsi istiqamətində Azərbaycanda gorulən işlər və həyata kecirilən tədbirlər ilə bağlı tam şəkildə məlumatın verilməsinə imkan yaratmaqla olkənin ucuncu milli məruzəsinin nəzərdən kecirilməsi ucun effektiv formata malik olmuşdur.
Azərbaycan insan huquqları sahəsində əsas beynəlxalq huquqi sənədlərə tərəfdar cıxmış və onların yerinə yetirilməsinə dair hesabatları BMT-nin sazişlərin icrasına nəzarət uzrə muvafiq orqanlarına muntəzəm qaydada təqdim etmişdir. BMT-nin İnsan Huquqları Şurasının otuz beşinci sessiyasında BMT-nin İnsan Huquqları uzrə Ali Komissarı hesabatları vaxtlı-vaxtında verən 34 olkə icərisində Azərbaycanın da adını cəkmişdir. Azərbaycan, həmcinin universal dovri icmalın ilk iki dovru uzrə aralıq hesabatları təqdim edən 15 olkə sırasında yer almışdır. Azərbaycan xususi prosedurlar uzrə butun mandat sahiblərinə xususi dəvət gondərərək Uzv Dovlətlərlə əməkdaşlığın və dialoqun qurulmasında onların rolunun vacibliyini təsdiqləmişdir.
İnsan huquqlarının və əsas azadlıqların mudafiəsinin daha da gucləndirilməsi, dovlət idarəciliyi uzrə səmərəli və cevik mexanizmin formalaşdırılması və iqtisadi islahatların effektivliyinin təmin edilməsi məqsədilə 2016-cı ildə kecirilən referendumun nəticəsində Konstitusiyaya duzəlişlər edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi barədə sərəncam imzalamışdır. Sərəncam cəza siyasətinin humanistləşdirilməsi ilə penitensiar sistemi inkişaf etdirmək məqsədi daşımış və onun imzalanması nəticəsində cinayət qanunvericiliyi ilə bağlı siyasətin liberallaşdırılması, eləcə də, həbslərin və azadlıqdan məhrumetmə hallarınının məhdudlaşdırılması və bir sıra cinayətlərin dekriminallaşdırılması istiqamətində institusional, qanunverici və praktik tədbirlərin həyata kecirilməsi təmin edilmişdir.
Hesabat dovrundə Azərbaycanda, həmcinin əfv və amnistiya təsisatları da geniş tətbiq olunmuşdur. Umumilikdə Prezident 9 əfv aktı imzalamış və nəticədə 1378 məhkum əfv edilmişdir, Milli Məclisin təsdiq etdiyi iki amnistiya aktı isə 21000 nəfər barəsində tətbiq edilmişdir.
Huquq sahəsində fəaliyyətin inkişafını dəstəkləmək məqsədilə 22 fevral 2018-ci il tarixində olkə Prezidenti “Vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalamışdır. Sərəncamda butun olkə uzrə vəkil təşkilatlarının madditexniki təminatının yaxşılaşdırılması, Vəkillər Kollegiyası tərəfindən muntəzəm qaydada imtahanların kecirilməsi ilə yeni uzvlərin qəbulu və gostərilən huquqi xidmətlərin keyfiyyətinin daim yuksəldilməsi məqsədilə vəkillərin peşə hazırlığının və ixtisasının artırılması ilə bağlı zəruri tədbirlərin gorulməsi nəzərdə tutulmuşdur.
Korrupsiyaya qarşı mubarizə Hokumətin başlıca prioritetlərindən biri olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2016-cı il tarixli Sərəncamı ilə “Acıq hokumətin təşviqinə dair 2016-2018-ci illər ucun Milli Fəaliyyət Planı” təsdiq edilmişdir. Planda korrupsiyanın qarşısının alınması sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, korrupsiyaya qarşı mubarizə məqsədilə vətəndaşlar arasında ictimai maarifləndirmə tədbirlərinin kecirilməsi və korrupsiya cinayətlərinin torədilməsi faktının subutuna dair təkliflərin hazırlanması nəzərdə tutulmuşdur.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar uzrə Dovlət Agentliyi vətəndaşlara ictimai xidmətlərin və sosial innovasiyaların səmərəli şəkildə təqdim edilməsi istiqamətində fəaliyyətini genişləndirməyə davam etdirmişdir. Agentlik 2013-cu ildən bu gunədək 20 milyondan cox muraciət qəbul etmiş və əhalinin 98-100 faiz məmnunluğuna nail olmuşdur. Bir sıra dovlətlər Agentliyin təcrubəsini oyrənməyə və bu modeli ozlərində tətbiq etməyə maraq gostərmişdirlər.
Olkədə 5000-dən cox KİV fəaliyyət gostərmişdir. Əhalinin təxminən 80 faizi informasiyanın oturulməsi və əldə olunması uzrə ən geniş yayılmış və ən praktik vasitə olan internetə maneəsiz şəkildə qoşulmaq imkanına malik olmuşdur. Azərbaycan Respublikasının Prezidenti yanında Kutləvi İnformasiya Vasitələrinin İnkişafına Dovlət Dəstəyi Fondu oz fəaliyyətini səmərəli şəkildə həyata kecirməyə davam etmişdir. Dovlət vətəndaş cəmiyyətinin numayəndələri ilə tərəfdaşlıq əlaqələri qurmuşdur. Azərbaycanda 500-u insan huquqlarının mudafiəsi sahəsində fəaliyyət gostərən 3254-dən cox qeyri-hokumət təşkilatı (QHT) dovlət qeydiyyatına alınmışdır. 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hokumət Təşkilatlarına Dovlət Dəstəyi Şurası 3 milyon manatdan cox vəsait ayırmaqla QHT-lərə məxsus 484 layihəni maliyyələşdirmişdir.
Azərbaycan Respublikası Prezidenti tərəfindən tolerantlıq və qarşılıqlı anlaşmanın gucləndirilməsi və cəmiyyətdə ayrı-seckilik, ekstremizm və ksenofobiyanın qarşısının alınması istiqamətində beynəlxalq səylərin koordinasiyası ucun bir platforma kimi "Bakı Prosesi" adlanan Beynəlxalq Mədəniyyətlərarası Dialoq Forumu yaradılmışdır. Həmcinin, Heydər Əliyev Fondu olkədə multikulturalizm və tolerantlığın inkişafına boyuk tohfə vermişdir.
Hesabat dovrundə qəbul olunmuş sosial-iqtisadi inkişaf siyasətinə dair sənədlərdə, eyni zamanda “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyası və 2016-cı ildə qəbul edilmiş milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları uzrə strateji yol xəritələrində nəzərdə tutulan tədbirlərin muvəffəqiyyətlə həyata kecirilməsi nəticəsində işsizliyin səviyyəsində nəzərəcarpan dərəcədə azalma muşahidə olunmuş, işsizlərin sosial mudafiəsi gucləndirilmiş, əmək bazarında vəziyyətin yaxşılaşması ucun əlverişli şərait yaradılmış və rəqabət imkanları təkmilləşdirilmişdir.
Otən beş il ərzində umumi daxili məhsul (UDM) 1,1 dəfə artmış, eyni zamanda qeyri-neft sektorunda 2,2 dəfə, əhalinin gəlirlərində isə 1,4 dəfə artım muşahidə olunmuşdur. Bu dovr ərzində qeyri-neft sənayesində 2,2 dəfə, kənd təsərrufatı sektorunda 1,2 dəfə, ticarətdə 1,4 dəfə, turizm sahəsində 1,7 dəfə, nəqliyyat sektorunda 1,2 dəfə, kommunikasiya sektorunda isə 1,5 dəfə artım qeydə alınmışdır.
Azərbaycan “Dayanıqlı İnkişaf uzrə 2030-cu il Gundəliyi”ni dəstəkləmişdir. “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasında və milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları uzrə strateji yol xəritələrində nəzərdə tutulan prinsip və istiqamətlərin əksəriyyəti 2030-cu ilin Gundəliyi ilə oxşarlıq təşkil etmişdir.
2016-cı ildə Dayanıqlı İnkişaf uzrə Milli Əlaqələndirmə Şurası yaradılmışdır. Azərbaycan Hokuməti qacqınların və məcburi kockunlərin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq və onların oz ana yurdlarına təhlukəsiz şəkildə qayıtmaq huququnun gələcəkdə həyata kecirilməsini nəzərdə saxlamaqla cəmiyyətə inteqrasiyalarına komək etmək məqsədilə bir sıra kompleks tədbirlər həyata kecirməyə davam etmişdir.
Qacqınların və məcburi kockunlərin sosial mudafiəsini təmin etmək məqsədilə otən 24 il ərzində budcədən orta hesabla 6.6 milyard manat vəsait ayrılmışdır. Sahibkarlığa Komək Milli Fondu vasitəsilə təxminən 2000 nəfər məcburi kockunə sahibkarlıq fəaliyyətini maliyyələşdirmək ucun umumilikdə 44 milyon manat guzəştli kredit verilmişdir. Bunun nəticəsində qacqınlar və məcburi kockunlər arasında yoxsulluğun səviyyəsi 75 faizdən 12 faizə qədər azalmışdır.
Məcburi kockunlər kommunal xidmət xərclərini və dovlət ali və orta təhsil muəssisələri uzrə təhsil haqlarını odəməkdən azad olunmuşdurlar. Dağlıq Qarabağ regionu və onun ətrafındakı yeddi rayon daxil olmaqla Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğalı olkədə insan huquqlarının tam şəkildə reallaşdırılması ilə bağlı əsas maneələrdən biri olmuşdur. Silahlı hucumlar zamanı Ermənistan beynəlxalq humanitar huququn tələblərini pozmuş, eyni zamanda Azərbaycan vətəndaşlarını, girov goturulmuş şəxsləri və muharibə əsirlərini məhkəməsiz-istintaqsız edam etmişdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB