Ermənilərin mifik xülyaları və reallıqlar

Ermənilərin mifik xülyaları və reallıqlar

Müasir dünyanın görkəmli dövlət xadimi, Azərbaycan Prezidenti İlham Əliyev özünün bütün yüksək səviyyəli görüşlərində, nitq və çıxışlarında ermənilərin Cənubi Qafqaza gəlmə əhali olduğunu, onların bu ərazidə məskunlaşmasından sonra regionda gərginliyin artdığını, müasir Ermənistan Respublikasının və nəzarətdən kənarda qalmış oyuncaq Dağlıq Qarabağ rejiminin terror yuvalarına çevrildiyini xüsusi olaraq vurğulayır. Zəngin tarixi biliyə malik olan Azərbaycan Prezidenti indiki Ermənistan Respublikasının tarixi Azərbaycan torpağında - keçmiş İrəvan xanlığının ərazisində yarandığını bütün dünyaya bəyan edir. Ölkə başçısı bütün müvafiq strukturları erməni saxtakarlarına qarşı informasiya müharibəsində hücuma keçməyə çağırır. Erməni faşizmi üzərində qələbə çalmaq, doğma torpaqlarımızı azad etmək üçün öncə informasiya müharibəsində qalib gəlmək gərəkdir. Bütün xalqımız ölkə başçısının çağırışına cavab verməli, iqtisadi və hərbi cəhətdən qüdrətli Azərbaycan dövləti yaratmaq üçün onun ətrafında sıx birləşməlidir.

Tarixi həqiqəti dünya ictimaiyyətinin diqqətinə çatdırmaqla informasiya müharibəsində qələbə və hərbi-iqtisadi cəhətdən qüdrətli Azərbaycan dövləti yaratmaq! – Terror, soyqırımları və zorla özgə torpaqlarına yiyələnməyə çalışan erməni faşizmini diz çökdürmək üçün yeganə düzgün yol məhz bu yoldur. Başqa yol yoxdur!

“Böyük Ermənistan” yaratmaq xülyasından əl çəkməyən və yalançı “erməni soyqırımı”nı sübuta yetirməyə çalışan erməni millətçiləri müasir qloballaşan dünyada xalqların və ölkələrin yaxınlaşması yolunda ciddi əngələ çevrilmişlər. Dünyanın hər yerinə səpələnmiş çoxsaylı erməni təşkilatlarının geniş maliyyə imkanları, Qriqorian kilsəsinin istiqamətverici və təşkilatçılıq rolu, ayrı-ayrı ölkələrin, o cümlədən böyük dövlətlərin müxtəlif strukturlarında mühüm mövqelər ələ keçirmiş ermənilərin dünya siyasətinə təsir göstərməsi sülh və əmin-amanlıq üçün, insanlığın gələcəyindən ötrü təhlükəli maneəyə çevrilmişdir.

200 ildən artıq bir müddət ərzində Azərbaycan və Türkiyə torpaqlarında qanlı terror əməlləri, soyqırımları həyata keçirmiş ermənilərin hazırda dünyada onlarla iri terrorçu təşkilatları və çoxsaylı terror qrupları fəaliyyət göstərir. Özgə torpaqlarını işğal etmək üçün terroru, soyqırımlarını özlərinə peşə seçmiş erməni millətçiləri bu bəd niyyətlərini guya vaxtı ilə Aralıq dənizi-Qara dəniz-Xəzər dənizi arasındakı geniş torpaqları əhatə etmiş uydurma “Böyük Ermənistan” dövlətini dirçəltmək pərdəsi altında həyata keçirmək xülyasındadırlar.

Müasir mərhələdə Dağlıq Qarabağla bağlı işğalçılıq niyyətlərini həyata keçirməyə çalışan ermənilər, Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, Azərbaycana qarşı total hücuma keçmişlər. Erməni millətçiləri tarixi saxtalaşdırmaqda da yeni mərhələyə qədəm qoymuş, Azərbaycan tarix elminə hücumlarını daha da genişləndirmişlər. Təbriz və Ərdəbil də daxil olmaqla tarixi Azərbaycanın cənub torpaqlarını uydurma “Velikaya Armeniya”nın tərkib hissəsi hesab edən ermənilər indi daha da “dərinə” getməyə başlamışlar. Erməni millətçiləri hazırda Arazdan cənubda - qonşu İran İslam Respublikasının ərazisində öz ata-baba torpaqlarında yaşayan və özlərini bu gün də “türk” adlandıran azərbaycanlı qardaşlarımızı ġimali Azərbaycanda yaşayan azərbaycanlılardan (“gəlmə köçəri türklərdən”) tamamilə fərqli olan bir xalq kimi qələmə verməyə başlamışlar. Guya Cənubda yaşayan azərbaycanlılar Şimalda yaşayan qardaşlarından fərqli olaraq İran dillərindən birində danışmış olan "azərilər" adlanan xalqın nəsilləridir və sonradan, XV-XVI əsrlərdə onların dilləri kütləvi surətdə zorla dəyişdirilib. Sən demə, cənubda yaşayan soydaşlarımız - cənubi azərbaycanlılar “genetik baxımdan bizə deyil, ermənilərə daha yaxın bir xalq” imiş. Lap bu yaxınlarda Yerevan Dövlət Universitetinin İranistika kafedrasının müdiri, prof. Q.Asatryan bununla əlaqədar çox geniş bir müsahibə ilə çıxış edərək bildirmişdir ki, ermənilərin bu istiqamətdə apardıqları tədqiqatların nəticələri artıq indidən sübut edir ki, onların (yəni ermənilərin) cənubi azərbaycanlılarla antropoloji parametrlərinin çoxu eynidir; “azərilər (Cənubi Azərbaycan türkləri nəzərdə tutulur) genetik baxımdan özlərinin Azərbaycan Respublikasındakı həmvətənlərindənsə ermənilərə daha yaxındırlar”.

Mətləb aydındır: erməni saxtakarları Arazdan cənubdakı tarixi Azərbaycanın torpaqlarını öz saxta “tədqiqatlarında” “özününküləşdirdikdən” sonra, indi də həmin ərazidə yaşayan Azərbaycan türklərinin mənşəyini saxtalaşdırmağa başlamışlar. Guya “Velikaya Armeniya”nın tərkib hissəsi olmuş Cənubi Azərbaycan torpaqlarının əhalisi də bizimlə, yəni ġimali Azərbaycan türkləri ilə deyil, ermənilərlə bir kökdən imiş!? Narahatçılıq doğuran budur ki, artıq Azərbaycan Respublikasında müxtəlif yollarla “Böyük Ermənistan”ın guya həqiqət olduğunu təsdiq edən xəritələr və kitablar da nəşr olunmağa başlamışdır. Eyni fikirlər burada da səslənir.

Minlərlə Azərbaycan abidələrini məhv etmiş ermənilər və erməni kapitalının nökərləri Azərbaycanda “erməni xaçı axtarışlarına” çıxmışlar. Üzdə xalqımızın yüksək tolerantlıq mədəniyyətini tərifləyən əcnəbilər, necə deyərlər, “saman altdan su yeridərək”, Azərbaycanın türk-islam mədəniyyətini dağıtmaq üçün əllərindən gələni edirlər. Xristian missionerləri, demək olar ki, ölkənin hər yerinə yayılmışlar. Bəzi qüvvələr Azərbaycanın Qafqaz Albaniyası dövrünə aid xristian abidələrinin siyahısını və şəkillərini internet vasitəsilə xaricə ötürürlər.

Əcnəbilər Azərbaycanda keçmiş xristian abidələrinin bərpasını diqqət mərkəzinə çəkmişlər. “Böyük Ermənistan” təbliğatçıları və onların arxasında duran qüvvələrbu işdə az rol oynamırlar. Bütün bunlar xalqın müxtəlif dairələrində ciddi narazılıq və narahatlıqla qarşılanır. “Böyük Ermənistan” uydurması barədə növbəti yazım olan bu məqaləni qələmə almağım da elə bununla bağlıdır.

Beləliklə, “Böyük Ermənistan” tarixi həqiqət deyil, yalnız və yalnız, tarixdə heç bir zaman öz sabit ərazisi olmayan köçəri ermənilər üçün özgə torpaqlarını işğal etməyi qarşısına məqsəd qoymuş başabəla “milli ideologiyadır”, mürtəce dini-ideoloji və terrorçu-işğalçılıq “doktrinasıdır”. Bu işğalçı-terrorçu “doktrina” erməni millətçiləri tərəfindən özgə torpaqlarına yiyələnmək məqsədilə uydurulmuşdur. Və onun əsasında, artıq yuxarıda qeyd etdiyimiz kimi, guya vaxtilə “dənizdən-dənizə” geniş əraziləri əhatə etmiş olan uydurma “Böyük Ermənistan” dövlətini dirçəltmək ideyası durur. Bu “ideya”nın saxtalığı ondan aydın olur ki, ilk mənbələrdə, yuxarıda qeyd etdiyimiz iki coğrafi vilayət istisna edilməklə, tarixdə nə vaxtsa “Böyük Ermənistan” adlı dövlətin mövcud olması barədə heç bir məlumat yoxdur. Və özlərini az qala regionun “ən qədim xalqı”, “Nuh peyğəmbərin övladları” kimi qələmə verən erməni millətçilərinin uydurmalarının əksinə olaraq ermənilər, daha doğrusu onların ulu babaları hesab olunan qəbilələr, ümumiyyətlə, Asiya qitəsinin yerli əhalisi deyillər, bu regiona köçüb gəlmədirlər.

Antropoloji, o cümlədən somotoloji (bədən ölçüləri), kranioloji (kəllə ölçüləri), odontoloji (diş quruluşu), seroloji (qan qruplarının tədqiqi) araşdırmalar sübut edir ki, uydurma “armenoid irqi” və ermənilər nəinki Cənubi Qafqazın aborigen əhalisi - yerli sakinləri deyillər, ümumiyyətlə Ön Asiyaya da sonradan gəlmişlər. Arxeoloji qazıntılar zamanı indiki Ermənistan Respublikası ərazisindən aşkar olunmuş qazıntı materialları, o cümlədən qədim insan qalıqları da bunu aydın sübut edir. Göstərilən qədim insan qalıqlarının morfoloji quruluşu ilə sonradan həmin ərazilərdə məskunlaşan ermənilərin morfoloji quruluşu arasında heç bir oxşarlıq yoxdur. Eyni fikri son Tunc və Dəmir dövrünə aid tapıntılar da təsdiq edir.

Münhendə İlham Əliyev Paşinyanı faktlarla susdurdu. 2020-ci il fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr keçirildi.Müzakirələrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan iştirak ediblər. Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına həsr olunmuş görüşün moderatoru ABŞ-Rusiya Fondunun prezidenti Selesta Uollander olub. Panel müzakirələri bir saata yaxın davam edib.Prezident İlham Əliyev çıxışında bildirib ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir və Azərbaycanın ərazi bütövlüyü bütün beynəlxalq ictimaiyyət tərəfindən tanınır. Dövlət başçısı vurğulayıb ki, Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal edib və işğal olunmuş torpaqlarda mülki azərbaycanlılara qarşı etnik təmizləmə aparıb, o cümlədən Xocalı soyqırımını törədib. Prezident, həmçinin deyib ki, ermənilər işğal olunmuş torpaqlarımızda bütün azərbaycanlıları etnik təmizləməyə məruz qoyublar. Onlar işğal altındakı torpaqlarda mədəni irsimizi məhv ediblər. Dağlıq Qarabağda Ermənistanın heç bir tarixi irsi yoxdur. Bundan başqa, Azərbaycan Prezidenti əlavə edib ki, Ermənistanın bütün liderləri mövcud status-kvonu müxtəlif yollarla saxlamağa çalışıblar: "Azərbaycanlı məcburi köçkünlər öz torpaqlarına geri qayıtmalıdırlar. İşğal olunmuş torpaqlardakı silahlı qüvvələrin 80 faizindən çoxu Ermənistan əsgərləridir. Onlar hesab edirlər ki, bu torpaqları həmişəlik saxlaya bilərlər. Heç vaxt!".

Dövlət başçısının sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistana izah etməlidirlər ki, Dağlıq Qarabağ Ermənistan deyil. Heç bir ölkə Dağlıq Qarabağı tanımayıb. Prezident İlham Əliyev çıxışında diqqətə çatdırıb ki, Ermənistanın baş naziri BMT Təhlükəsizlik Şurasının qətnamələrinin əsl mənasını uğursuz olaraq şərh edir. O, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin Ermənistan qoşunlarının işğal olunmuş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb etdiyini unudur. Çıxışında tarixi faktlara istinad edən Azərbaycan Prezidenti İlham Əliyev Münhendə Ermənistanın baş naziri Nikol Paşinyanı növbəti dəfə susdurub, işğalçı ölkə rəhbəri geniş auditoriya qarşısında çıxılmaz vəziyyətdə qalıb.

Vahid Ömərov

Fəlsəfə üzrə fəlsəfə doktoru,dosent

Bütün xəbərlər Facebook səhifəmizdə