PUA heyətləri təlim-məşq uçuşları yerinə yetirir FOTO/VİDEO

PUA heyətləri təlim-məşq uçuşları yerinə yetirir FOTO/VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq müxtəlif təyinatlı pilotsuz uçuş aparatları (PUA) heyətləri təlim-məşq uçuşları yerinə yetirir.

Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, təlim prosesində heyətlər əməliyyat-taktiki biliklərini artırır, ən müasir trenajorlarda praktiki vərdişlərini təkmilləşdirirlər.

PUA heyətləri şərti düşmənin müdafiəsinin dərinliyindəki hədəfləri vaxtında və dəqiq aşkar etməklə qarşıya qoyulan tapşırıqları icra edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə