Ötən onillikdə fantastik hesab olunan virtual reallıq texnologiyası tədricən gündəlik həyatımızın tərkib hissəsinə çevrilir. Sosial şəbəkələrdə virtual dostluq münasibətləri formalaşır, asudə vaxtımızı virtual gəzintilərdə və ekskursiyalarda keçiririk, bu günə qədər maraqlı bir əyləncə kimi görünən virtual dəbilqələr kütləvi şəkildə satışa çıxarılır.
Yeni texnologiyalara sahib çıxan bəşəryyətin həyat tərzində inqilqbi dəyişiklikləri labüd etməklə, texnoloji inkişafın həm mənbəyi, həm də məhsulu olmaqla yanaşı, virtual reallıq, mütəxəssislərin fikrincə, sivilizasiya üçün həm də ciddi təhlükə yarada bilər.
Görkəmli yazıçı, fantastik əsərlərin müəllifi Stanislav Lem “fantomatika” adlı virtual reallıq texnologiyasını və onun həyata keçirilməsinin mümkün fəsadlarını təsvir edərək, müəyyən məqamda illüziyanın (və ya “fantomlar” sisteminin) daha mükəmməl olacağını, onun reallıqdan ayırmaq mümkün olmayacağını bildirib.
Tarixə nəzər salaq. İzləyiciyə təsviri 3D obyekti kimi görmək imkanı verən ilk stereoskop 1837-ci ildə meydana çıxıb və bu gün mövcud olan VR-eynəklər məhz onun iş prinsipi əsasında qurulub. Ötən əsrin 50-ci illərinin sonunda Hollivud kinematoqrafçısı və ixtiraçı Morton Heyliq izləyicini qısametrajlı filmlərdən istifadə etməklə uydurulmuş aləmə qovuşduran ilk virtual simulyatoru - Sensorama cihazını dünyaya təqdim etdi.
1968-ci ildə amerikalı mühəndis-elektrik Ayven Sazerlend üzərindəki təsvir kompüter vasitəsilə yaradılan video-ekrana malik ilk dəbilqəni hazırlamaqla virtual reallıq texnologiyasının formalaşmasında növbəti addımı atmış oldu.
Kompüter avadanlığı təkmilləşdikcə virtual reallıq da sürətlə inkişaf etdi və 1977-ci ildə Amerikanın Massaçuset Texnologiya İnstitutunun əməkdaşları real fotoçəkilişlərdən istifadə etməklə Kolorado ştatının Aspen şəhərində ilk virtual gəzintini təşkil etdilər.
80-ci illərdə istifadəçinin ekrandakı üçölçülü cisimləri əl hərəkəti ilə manipulyasiya edə biləcəyi interaktiv sistemlər meydana çıxdı. 1982-ci ildə “Atari” oyunlar şirkəti virtual reallığı araşdıran laboratoriya qurdu və bir müddət sonra şirkət mütəxəssisləri virtual reallıq eynəkləri, “üçölçülü” səs cihazları və digər qurğular ərsəyə gətirdilər. Bu ixtiraların bir çoxundan hava uçuşlarında, cərrahiyyə əməliyyatlarında və xüsusi təyinatlı qüvvələrin təlimlərində istifadə edilib. 1990-cı illərin əvvəllərində isə virtual reallıq geyimləri ortaya çıxdı.
Mütəxəssislər virtual reallıqdan nə gözləyirlər? İlk növbədə artıq təlim və oyun komplekslərində tətbiq edilən VR texnologiyaları yeni təhsil və əyləncə formalarına keçid alacaq, xüsusi cihazlar vasitəsilə rəqəmsallaşdırılmış keçmişə - yaşanmış müəyyən bir günə və məkana qayıtmaq, dünyanın istənilən nöqtəsinə, hətta digər planetlərə səyahət etmək mümkün olacaq. Virtual gerçəkliyə qovuşma istirahət formasına çevriləcək və onun köməyi ilə təkcə zaman və məkanda deyil, həm də yazıçıların, rəssamların və rejissorların təxəyyülü ilə yaradılan aləmdə səyahət etmək mümkün olacaq. Yəqin ki, Morton Heyliqin proqnozlaşdırdığı kimi, yaşadığımız gerçəklik qədər orijinal görünəcək "alternativ" reallığın yaradılmasına yönəlmiş xüsusi bir sənət növü ortaya çıxacaq.
Bu gün mütəxəssislər VR texnologiyalarının tətbiqinin təxminən 5 sahəni əhatə etdiyini qeyd edirlər: əyləncə, təhsil, tibb, elm, memarlıq və dizayn. Bu texnologiyalardan həm rəngarəng oyun mühitində, həm də müxtəlif növ mədəni tədbirlərdə geniş istifadə edilməyə başlanılmışdır. VR texnologiyaları peşə bacarıqlarının inkişaf etdirilməsində, təhsil alanlara müəyyən sahələr üzrə bilik, bacarıq və vərdişlərin aşılanmasında, müxtəlif avadanlıqlarda ilkin hazırlıq tələb olunan işi mənimsəməkdə, molekulyar səviyyədə elmi araşdırmaların aparılmasında, memarlıq və dizayn işlərinin həyata keçirilməsində əvəzolunmaz vasitədir. Günümüzün aktual problemi kimi diqqət mərkəzində olan insan sağlamlığının qorunması da virtual aləm texnologiyaları üçün ən vacib praktiki tətbiq sahələrindən biridir. Virtual reallığın köməyi ilə müxtəlif növ cərahiyyə əməliyyatları keçirilir, orqanların təsviri 3D-proyeksiyada əldə edilir, MRT və USM təkmilləşdirilir, posttravmatik stress pozuntusu müalicə olunur.
“Google” korporasiyasının tanınmış mütəxəssisi Rey Kursveyl dünyada texnoloji inkişafı proqnozlaşdıraraq əsrimizin ortalarında İnternetin buraxılış qabiliyyətinin bu günümüzlə müqayisədə 500 milyon dəfə artacağını, süni intellektin bioloji intellektdən milliyardlarla dəfə “ağıllı” olacağını, texnoloji sinqulyarlıq dövrünə qədəm qoyacaq Yer kürəsinin vahid nəhəng kompüterə çevriləcəyini qeyd edir. Bu cür gedişlə virtual reallıq insan həyatına hakim kəsilməyəcəkmi?
Bir çox alimlərin fikrincə, bəşəriyyət nə qədər çox texnologiya mənimsəyirsə, özü üçün bir o qədər təhlükə yaradır. Əgər ötən əsrin 50-ci illərindən etibarən əsas təhlükə qlobal nüvə müharibəsi idisə, bu gün onu virtual reallıq əvəz etməyə başlayır.
Yuxarıda adı çəkilən Stanislav Lem həm də ilk dəfə illüziyalar dünyasına qovuşmanın təhlükəsini görmüşdü. O düşünürdü ki, hər hansı bir zehni inkişaf tarixində sivilizasiyanın fəal şəkildə ekspansiyası ilə səciyyələnən və “əlaqə pəncərəsi” adlanan çox qısa bir dövr yaşanır. Lakin müəyyən bir mərhələdə insanın istəklərini təmin etməyə yönəlmiş “fantomika” ekspansiyanın çətinliyindən daha cəlbedici görünür və sivilizasiya özünütəcrid mərhələsinə keçir.
Tanınmış futuroloq Con Smart “transsendensiya fərziyyəsini” (gerçəkliyin hüdudlarından kənarlaşma hipotezi) irəli sürməklə Lemin ideyasını genişləndirdi. Bu fərziyyəyə görə, problem istəklərin təmin edilməsi ilə bağlı deyil, virtual reallıq texnologiyasının müstəqil inkişaf edən dünyaları meydana gətirməklə bağlıdır: onların tədqiqi sivilizasiyanın bütün resurslarını səfərbər etməklə insanı mövcud gerçəklikdən uzaqlaşdıracaq və onun maraqlarının təmin edilməsində mikrokosmos makrokosmosdan daha əhəmiyyətli rol oynamaqla “əlaqə pəncərəsini” qapadacaqdır. Və nəticədə insan idrakı idrakı məzmunca zənginləşməsinə baxmayaraq, öz çevikliyini və fəallığını itirəcəkdir.
Lem və Smart haqlıdırlarsa, Yer sivilizasiyasının gələcəyi, etiraf edək ki, kədərli görünür. Amma nikbinliyə də əsas var. Uzunmüddətli tədqiqatlar göstərir ki, insanların yalnız 5%-i düşüncə tərzinə görə xəyali dünyaları gerçək aləmdən daha mühüm hesab edir.
Yaxşı ki, təbiətin tərkib hissəsi olan bəşər əhlinin real həyat yaşamaq həvəsi daha güclüdür.
Oktay Səmədov,
Pedaqogika üzrə fəlsəfə doktoru, dosent
Xəbər lenti
"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 23:02Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 20:05Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%

2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



