Elektrik enerjisi ilə bağlı yeni qərar necə tətbiq ediləcək? RƏSMİ AÇIQLAMA
"Nazirlər Kabinetinin ötən gün açıqladığı qərarar uyğun olaraq aprel ayından sonrakı 2 ay müddətində verilən sərfiyyatlar yeni limitlə. yəni 400 kilovat-saat olaraq hesablanacaq”. SİA-nın xəbərinə görə, bunu Azərişıq ASC-nin departament direktoru Qalib Həmidov deyib.
Aprel ayının sərfiyyatlarının may ayında oxunacağını deyən qurum rəsmisi söyləyib ki, Nazirlər kabineti tərəfindən qəbul edilən qərarda da göstərildiyi kimi aprel ayından sonrakı 2 hesabat dövründə yəni may və iyun ayında verilən bildirişlərdə 400 kv-luq limit nəzərə alınaraq abonentlərə təqdim olunacaq: “ Bununla bağlı heç bir narahatçılığıa ehtiyac yoxdur. Sistemimiz artıq buna hazırlanır və biz 400 kv-lıq limitləri may ayının sərfiyyatları oxunduğu zaman həmin limitləri tətbiq edəcəyik”.
Q. Həmidov vurğulayıb ki, hazırda aprelin ayında evlərə təqdim olunan sərfiyyatlar mart ayının sərfiyyatları olduğu üçün orada limit tətbiq olunmayıb: “ Aprel ayı ərzində sərf olunacaq limitlərdə yeni qərar tətbiq olunacaq. Bu eyni zamanda may ayında istifadə olunacaq sərfiyyatlara da şamil olunacaq”.
Onun sözlərinə görə, müvafiq qərar əvvəlcədən ödənişlə olan və olmayan bütün sayğaclara tətbiq olunacaq: “Kartla ödəniş edən abonentlər də bu məsələdən narahat olmasınlar. Çünki biz aprel ayı ərzsində kartlı sayğaclarda istifadə olunan sərfiyyatın dəyəri may ayının əvvəlində 400 kilovatı nəzərə alaraq abonentlərə təqdim edəcəyik”.
Xatırladaq ki, ötən gün Nazirlər Kabineti “Əhali üzrə elektrik enerjisinin aylıq istehlak həcminin tənzimlənməsi ilə bağlı tədbirlər haqqında” qərar verib. Qərara əsasən, “Elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə” Tarif (qiymət) Şurasının 2016-cı il 28 noyabr tarixli 17 nömrəli Qərarı ilə müəyyən edilmiş əhali üzrə elektrik enerjisinin 7 qəpik/kilovat-saat tarifi tətbiq olunan aylıq istehlak həcmi 2020-ci ilin aprel ayından etibarən ardıcıl iki hesabat ayı müddətində 100 (yüz) kilovat-saat artırılaraq, 400 kilovat-saat müəyyən edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB