Sosial qayğıya ehtiyacı olan ailələrə sovqat çatdırılıb FOTO

Azərbaycanda koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi qaydalarına ciddi əməl olunmaqla “Evdə qal!” kampaniyası çərçivəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən müxtəlif tədbirlər həyata keçirilir.

SHXÇDX-dən SİA-ya verilən məlumata görə, xidmətin yerli idarə, şöbə və bölmələrinin əməkdaşları aprel ayının 13-də və 14-də respublikamızın şəhər və rayonları əhatə olunmaqla bir qrup aztəminatlı ailəyə baş çəkiblər.

Kampaniya çərçivəsində yaşı 65-dən yuxarı olan, o cümlədən tənha və ahıl insanlara, şəhid və veteran ailələrinə ərzaq bağlamaları çatdırılıb.

Xidmət əməkdaşları baş çəkdikləri ailələrlə maarifləndirici söhbətlər aparıb, onlara evdə qalmağı tövsiyə edib, xüsusi karantin rejiminin qaydalarına riayət olunmasının vacibliyindən danışıblar. Vətəndaşlar onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...