Karantin rejimi mayın 3-nə qədər uzadıldı HİNDİSTANDA

Hindistanda karantin rejimi mayın 3-nə qədər uzadıldı. SİA-nın xarici mətbuata istinadın verdiyi xəbərə görə, bu barədə ölkənin baş naziri Narendra Modi ölkə sakinlərinə etdiyi videomüraciətdə açıqlayıb.

"Biz Hindistanın bütün əyalətləri ilə bu böhranın öhdəsindən gəlmək və çətinlikləri necə aradan qaldırmaq barədə daim müzakirə etdik. Bütün aspektlər üzrə aldığımız rəylərə əsasən, karantin rejiminin uzuadılmasınının vacib olduğu qəbul edildi. Karantin mayın 3-dək davam edəcək ... Ayın 3-dən gəlin hamımız koronavirusun daha da yayılmamasına nəzarət edək. Ölkənin hər hansı bir bölgəsində COVID-19 səbəbiylə baş verən hər bir ölüm hamımızın narahatlığına səbəb olmalıdır", - deyə baş nazir videomüraciətində qeyd edib.

Yeni qəbul edilən qərarar əsasən bu gündən Hindistanda bütün daxili və beynəlxalq sərnişin reyslərinə qadağa qoyulub.

Xatırladaq ki, bundan əvvəl Hindistan hökuməti koronavirus pandemiyası fonunda martın 25-dən aprelin 14-dək karantin rejimi elan etmişdi.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...