Könüllü gənclər ehtiyacı olan ailələrə ərzaq yardımı paylayıblar FOTOLAR

Könüllü gənclər ehtiyacı olan ailələrə ərzaq yardımı paylayıblar FOTOLAR

Ölkəmizdə qlobal problem olan koronavirusa qarşı dövlətimizin həyata keçirdiyi tədbirlərə ilk gündən qoşulan təşkilatlardan biri də Yeni Azərbaycan Partiyasıdır. Partiyanın bütün rayon təşkilatları rayon ərazisində yaşayan əhalinin həssas təbəqəsinə aid olan ailələrə müntəzəm olaraq hər cür yardım və dəstək göstərirlər. SİA-nın verdiyi məlumata görə, YAP könüllüləri bu insanlara məmnuniyyətlə dezinfeksiyaedici məhlullardan maskalara, kommunal problemlərin həllindən ərzaq yardımına, dərmana ehtiyacı olandan “e.sosial”da qeydiyyata düşməyə qədər kömək edirlər.

Bu gündən başlayaraq, həftənin sonunadək partiyanın Nəsimi rayon təşkilatının fəal könüllü gəncləri aztəminatlı ailələrə partiya tərəfindən növbəti dəfə hazırlanmış zəruri ərzaqların çatdırılmasına başlayıblar. İndiyədək üç yüzdən çox ailəyə qeyd olunan yardımlar edilib.

Könüllülər bu gün ehtiyacı olan 10 ailəyə də zəruri ərzaq yardımı paylayıblar.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə