Az kalorili qidalarla immun sistemimizi gücləndirə bilərikmi? MÜTƏXƏSSİS RƏYİ-ÖZƏL
Dünyanı bürüyən koronavirus pandemiyası insanların immun sisteminə daha çox diqqət ayırmasına səbəb olub desək yanılmarıq. Virusun əsasən immuniteti zəif insanlara daha tez yoluxması hər kəs də bir narahatlıq hissi yaradıb. Bir çoxları qəbul etdiyi qidaları seçməyə, hətta pəhriz saxlayanlar belə pəhrizini pozmağa başlayıblar. “Çox ye ki canın, immunitetin güclü olsun xəstələnməyəsən” məsləhətlərinə də demək olar ki, bütün ailələrdə rast gəlmək mümkündür.
Bəs görəsən immun sistemimiz yalnız çox kalorili qidalarla güclənir? Daha az kalorili qidalardan istifadə etməklə sağlam qala bilərikmi?
Məsələ ilə bağlı SİA-ya açıqlama verən qastreontoloq Afaq Ələsgərova söyləyib ki, az kalorili qidalardan istifadə etməyin immun sistemini zəiflətməsi fikri yanlışdır: “Bir çox insanlar elə düşünür ki, əgər az kalorili qida qəbul etsə, o zamanın onun immun sistemi aşağı düşər, xəstəliyə qarşı müqaviməti zəifləyə bilər. Lakin bu düzgün fikir deyil. Burada əsas qidanın kalorisi deyil, onun sağlam olmasıdır. Qidamızda meyvə-tərəvəz bol olmalıdır. Çünki bu qidalar həm çəkimizin artmasına imkan vermir, həm də immune sistemimizin güclü qalmasına kömək edir”.
Hazırkı mövsümə uyğun olaraq meyvə-tərəvəzin bol olduğunu deyən mütəxəssis bol göyərti yeməyi məsləhət görüb: “ Yaz fəslində yetişən bütün meyvə tərəvəz sağlam qalmağımız, immun sistemimizi gücləndirmək imkanı verir. Ona görə də hazırki dövrdən istfadə etməklə immunitetimizi yüksək saxlaya bilərik. Bunlarla bərabər qidamızda əvəzolunmaz zülal olan ət, toyuq, balığı da unutmamalıyıq. Onlardan istifadə etmək də mütləqdir. Bəzən ət məhsulların istifadə edən şəxslər var ki, onlar bu məhsulları noxud, mərci və digər məhsullarla əvəz etməyə çalışırlar. Lakin bu ət, toyuq və ya balıqdan istifadə etməyən şəxslərin immun sistemi ondan istifadə edənlərlə müqayisədə daha aşağı olur”.
Qastreontoloq vurğulayıb ki, uşaq və yeniyetmələrin züllardan istifadə etməsi daha vacibdir.
Meyvədən istifadəyə gəlincə A. Ələsgərova vurğulayıb ki, ac qarnına meyvədən istifadə etmək məsləhət görülmür: “Hətta səhər yeməyində meyvə şirəsindən istifadə belə düzgün sayılmır. Çünki Meyvədən ac qarnına istifadə etmək mədəyə ziyan vura bilər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB