"Xalqımız ünvanlanan məktublarda bunu açıq şəkildə ifadə edirlər" ÖZƏL - AÇIQLAMA

"Xalqımız ünvanlanan məktublarda bunu açıq şəkildə ifadə edirlər" ÖZƏL - AÇIQLAMA

"Xalqımızın da Prezidentimizə və Birinci vitse-prezidentimizə məhəbbəti və sevgisi günü-gündən artmaqdadır və ünvanlanan məktublarda da bunu açıq şəkildə ifadə edirlər". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü olan deputatı Azər Badamov Azərbaycanda sosial rifahın yaxşılaşdırılmasına yönəlmiş tədbirlərdən danışarkən deyib.

Millət vəkili bildirib ki, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında koronavirus pandemiyasına qarşı mübarizədə dövlətin bütün resursları səfərbər olunub: "Bu, ölkədə xüsusi karantin rejiminin tətbiq olunmasına və insanların hərəkətlərinə məhdudiyyətlər qoyulmasına gətirib çıxarıb. Tətbiq olunmuş məhdudiyyətlər biznes struktarların, işləyənlərin və işsizlərin gəlirlərinə, sosial rifahına mənfi təsir etmişdir. Azərbaycanda sosial siyasət dövlət siyasətinin əsasını təşkil etdiyindən koronavirusun ölkə iqtisadiyyatına mənfi təsirlərini azaltmaq və pandemiyyaya qarşı mübarizəni effektiv təşkil etmək dövlətimiz prioritet elan etmişdir. Pandemiyadan ən çox mənfi təsirə məruz qalmış sahibkarlıq subyektlərinə, işləyənlərə və işləməyənlərə dövlət dəstəyi mexanizmi işlənib hazırlandı və icra olunmaqdadır".

Azər Badamov vurğulayıb ki, məşğulluq və sosial rifah tədbirlərində 1.9 milyon vətəndaşımızın sosial müdafiəsini nəzərdə tutur və görüləcək tədbirlər dövlət sektorunda 910 min, özəl sektorda 664 min muzdlu işçinin, habelə iş axtaran vətəndaşların, sosial müdafəyə ehtiyacı olan şəxslərin, tənha ahılların, ödənişli əsaslarla təhsil alan tələbələrin və s. kateqoriyadan olan vətəndaşlarımızın sosial müdafiəsini təmin edəcəkdir:

"Ümumilikdə dövlət dəstəyi tədbirlərinə 2,5 milyard manatdan çox dövlət vəsaiti nəzərdə tutulmuşdur. Dövlətin dəstəyi ilə tibbi qoruyucu və dizenfeksiya edici vasitələrini istehsal edən müəssiələrin qısa zamanda ərsəyə gətirilməsi, 20-dən çox xəstəxananın koronavirus xəstələrin müalicəsinə istiqamətləndirilməsi, 6 yeni panel xəstəxanaların tikintisinə başlanması, xaricdə yaşayan 15 mindən çox vətəndaşımızın dövlət hesabına təxliyyə olunaraq 4 və 5 ulduzlu otellərdə yerləşdirilərək karantinə cəlb edilməsi koronavirusla mübarizədə dövlətimizin sosial tədbirlərin tərkib huissəsi kimi qeyd etmək olar. Cənab Prezident və Birinci vitse-prezident Mehriban Əliyevanın əsas istəyi ölkə vətədaşlarının sağlamlıqlarını qorumaq və koronanın vətəndaşlarına mənfi təsirlərini minimumlaşdırmaqdan ibarətdir. Təbii ki, xalqımızın da Prezidentimizə və Birinci vitse-prezidentimizə məhəbbəti və sevgisi günü-gündən artmaqdadır və ünvanlanan məktublarda da bunu açıq şəkildə ifadə edirlər. Biz birlikdə güclüyük".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə