"Xəstəliyə siyasi rəng verənlər heç vaxt dəstəklənməz" ÖZƏL-MÖVQE

“Koranavirus erməni qədər təhlükəli düşməndir. Erməni gözlə görünən düşməndir, koronavirus görünməyən düşməndir. Hər ikisinə qarşı inamla, ardıcıl mübarizə aparmaq lazımdır. Ermənilərlə olduğu kimi koronavirusla mübarizə də ümumxalq birliyi tələb edir”. Bunu SİA-ya Jurnalist Araşdırmalar Mərkəzinin rəhbəri Seymur Verdizadə deyib.

Onun sözlərinə görə, Azərbaycan xalqı görünməyən düşmənə qarşı həmrəydir, bir yumruq kimi birləşib: “Cəmiyyətin bütün vicdanlı təbəqələri bu mübarizədən az itki ilə çıxmağın yollarını axtarır. Bu dəfə bizi dərd, bəla birləşdirib. Koronavirus siyasi mübarizənin predmetinə çevrilə bilməz. Koronavirus infeksiyası siyasi məsələ deyil, bəşəri faciədir. Faciədən siyasi divident götürmək natamamlıq əlamətidir. Azərbaycan cəmiyyəti savadlı və həssasdır. Xalq xəstəliyə siyasi rəng verənləri heç vaxt dəstəkləməz. Hazırda cəmiyyətin bütün təbəqələrinin, o cümlədən siyasi fəalların vəzifəsi xalqı epidemiya ilə mübarizədə maarifləndirmək, "evdə qal" çağırışına dəstək verməkdir. Kənar fəaliyyət arzuolunan deyil və heç kimə başucalığı gətirmir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...