Hərbi Dəniz Qüvvələrinin Dalğıc Təlim Poliqonunda hazırlıq məşqləri keçirilir FOTO/VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi hazırlıq planına uyğun olaraq Hərbi Dəniz Qüvvələrinin Dalğıc Təlim Poliqonunda dalğıcların hazırlıq məşqləri keçirilir.

Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, döyüş koordinasiyasına nail olmaq məqsədilə keçirilən məşqlərdə hərbi qulluqçular dalğıc təhsili proqramı çərçivəsində müxtəlif spesifik məşqləri icra edir, dalğıc hazırlığı üzrə normativlər verir və sualtı döyüşün aparılması vərdişlərini təkmilləşdirirlər.

Hərbi qulluqçular müxtəlif təyinatlı maneələr zolağında döyüş, fiziki və peşə hazırlıqlarını artırırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...