"Maska taxmaq digər qoruyucu vasitələrə və profilaktik tədbirlərə laqeyd yanaşmağa əsas vermir". SİA-nın xəbərinə görə, bunu ÜST-nin Rusiyadakı nümayəndəsi Melita Vuynoviç açıqlayıb.
O bildirib ki, maska qorunma vasitəsidir və virus in feksiyaları zamanı insanlar üçün əlçatan olmalıdır: "Lakin yadda saxlamaq lazımdır ki, maska yüz faiz qorunma imkanına malik deyil"
"Maska tam qorumur. Əgər maska taxıb başqa digər profilaktik tədbirləri tərk etsəniz mütləq xəstələnəcəksiniz. Maska zərərli deyil. Zərərli məqam ondan istifadə edərkən insanların davranışlarının dəyişməsidir",- deyə ÜST nümayəndəsi xəbərdarlıq edib.
Onun sözlərinə görə, tibbi maskadan istifadə zamanı bəzi insanlarda məsafəni saxlamaq, əllərini yumaq, vaxtaşırı maskanı dəyişdirmək və onun quru olduğundan əmin olmaq, qoruyucu vasitələrdən istifadə etmək kimi təhlükəsizlik hissləri unudulur.
Qaydalara əməl etməmək infeksiyanın daha geniş yayılmasına yol aça bilər: "Məsafə saxlamaq maskadan daha etibarlı şəkildə qoruyur", - deyə Vuynoviç qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB