Təqaüdçülərin izolyasiyası ilin sonuna qədər uzana bilər Avropa Komissiyası
Yaşlı insanlarla bağlı izolyasiya tədbirləri ilin sonuna qədər uzana bilər. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen deyib.
O bildirib ki, bu proqnoz koronavirusa qarşı peyvəndin daha tez tapılmasını tələb edir. Peyvənd olmadıqda, Avropa Komissiyasının rəhbəri, yaşlılarla təmasları minimuma endirmək lazım olduğunu söyləyib.
Təşkilat rəsmisi qeyd edib ki, gənclər və uşaqlar təcriddən daha tez çıxacaqlar.
O vurğulayıb ki, Avropa mütəxəssisləri koronavirusa qarşı peyvəndi 2020-ci ilin sonuna qədər hazırlamalıdırlar.
Qeyd edək ki, bundan öncə Amerika yoluxucu xəstəliklər mütəxəssisi, Donald Tramp tərəfindən yaradılan koronavirusa qarşı mübarizə üzrə işçi qrupun üzvü, Entoni Fauci-də, karantinin müdddətinin tez başa çatmasının epidemiyanın fövqəladə bir riski ilə üzləşəcəyini bildirmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB