“ İsrail- Azərbaycan” Beynəlxalq Assosiasiyası AZİZ-in 13 illiyi tamam olur

“ İsrail- Azərbaycan” Beynəlxalq Assosiasiyası AZİZ-in 13 illiyi tamam olur

“İsrail- Azərbaycan” Beynəlxalq Assosiasiyası AZİZ, Assosiasiyanın 12 aprel 2007-ci tarixində Tel-Aviv şəhərində keçirilmiş I qurultayında təsis olunmuşdur. AZİZ-in təsis edilməsində və fəaliyyət göstərməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva böyük rol oynamışdır.

AZİZ-in təsis edilməsində əsas məqsəd aşağıdaklar olmuşdur:

- Azərbaycandan İsrailə köçüb gedən azərbaycanlıların İsrail cəmiyyətinə və eləcə də dünyaya inteqrasiya olunmasına köməklik göstərmək

- Bu insanların elmi-texniki, yaradıcı və mədəni potensiallarından istifadə edərək İsrail dövlətinin möhmkəmlənməsinə və tarixi vətənləri olan Azərbaycanla hərtərəfli əlaqələrin möhkəndirməsinə yönəlmiş tədbirlərin həyata keçirilməsi

- Adət ənənələrin və mənəvi irsin gənc nəslə ötürülməsi

- Azərbaycan dövləti ilə İsrail dövləti və xalqları arasında siyasi, iqtisadi, mədəni və humanitar əlaqələrin inkişaf etdirilməsi və möhkəmləndirilməsinə köməklik göstərmək

Ötən 13 il ərzində qeyd olunan məqsədlərə çatmaq üçün Assosiyasiya tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.

2012-ci ilin iyunun 7-də Assosiasiyasının II qurultayı, 2019-cu ilin noyabırın 29-da isə III qurultayı keçirilmişdir. Bu qurultaylarda AZİZ-in həyata keçirdiyi tədbirlər müzakirə edilib və qarşıda duran vəzifələr müəyyənləşdirilib.

AZİZ tərəfindən hər il müntəzəm olaraq İsraildə aşağıdakı tədbirlər həyata keçirilir:

- Xocal Faciəsinin ildönümü

- 20 Yanvar Faciəsinin ildönümü

- 28 May Respublika Günü

- Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbirlər

- Novruz Bayramı münasibəti ilə keçirilən tədbir

- Azərbaycan mədəniyyət, incəsənət ustalarının iştirakı ilə konsertlərlər

- İsraillə Azərbaycan arasında diplomatik əlaqələrin yaranmasının 25 illiyinə həsr olunmuş tədbir və sair

AZİZ-in fəaliyyətinin, həyata keçirdiyi tədbirlər haqqında informasiyanın geniş ictimayyətə çatdırılması məqsədi ilə 2017-ci ilin aprel ayında Assosiasiyanın rəsmi saytı fəaliyyətə başlayıb. Saytda Azərbaycana dair bir çox əhəmiyyətli yazılar yerləşdirilir. Saytda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı Soyqırımı və digər mühüm tədbirlər haqqında məlumatlar verilir. Bndan başqa, yəhudi jurnalistlərinin Azərbaycana səfərlərindən sonra ölkəmizin, mədəniyyəti, tarixi, turizm imkanları, təbiəti, buradakı telorantlıq mühüti haqqında hazırladıqları və İsrailin populyar kütləvi informasiya vasitələrində işıq üzü görmüş materiallar da sayta yerləşdirilir.

“İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyası AZİZ yarandığı gündən keçən 13 il ərzində qarşıya qoyulan bütün vəzifələri uğurla həyata keçirmiş və Azərbaycan İsrail xalqları, dövlətləri arasında bütün sahələrdə əlaqələrin möhkəmlənməsində və inkişaf etdirilməsində çox mühüm tədbirlər həyata keçirmişdir. Bu münasibətlə AZİZ-in rəhbərliyini təbrik edir və gələcək işlərində uğurlar arzu edirəm.

Rauf Əliyev,

Milli Məclisin deputatı

Bütün xəbərlər Facebook səhifəmizdə