Dərimizi qurutmadan sabun və antiseptiklərdən necə istifadə edək? DERMATOLOQLAR DANIŞIR
Koronavirus infeksiyasına qarşı mübarizədə ən çox tibbi maska, sabun və dezinfeksiyaedici məhlullardam istifadə edilir. Lakin bir çox hallarda həmin məhsullardan çox istifadənin dəridə müxtəlif problemlərin yaratdığı ilə bağlı şikayətləri də eşidirik. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsində də qeyd edilir ki, koronavirusdan qorunmaq vəxüsusilə də həmin xəstələrlə təmasda olanlar mütləq şəkildə tibbi maskadan istifadə etməlidirlər. Tibbi maskanın müntəzəm əl yuma və ya spirt tərkibli antiseptiklərlə birgə istifadə etməklə təsirli ola biləcəyi isə xüsusi vurğulanır. Belə olan halda, həmin vasitələrdən necə istifadə etməliyik?
Dermatoloqların fikrincə, dərini qurutmamaq antiseptik vasitələrdən gündə iki dəfə, yalnız ictimai yerlərdə olanların gündə 6 təfə sabunla yumağı tövsiyə edirlər.
Rusiyanın tibb elmləri namizədi, dəri və zöhrəvi xəstəliklər kafedrasının dosenti Lyudmila Smirnova söyləyib ki, antiseptik məhlullardan yalnız ictimai yerlərdə istifadə etmək məsləhət görülür: “Əgər evdəsinizsə hər 5 dəqiqədən bir əllərinizi yumağa ehtiyac yoxdur”.
Onun sözlərinə görə, spirt tərkibli antiseptik məhlullar dərinin kəskin şəkildə qurumasına səbəb olur: “Ona görə də bu məhlullardan gündə iki dəfədən artıq istifadə etmək tpvsiyə edilmir. Adi sabunla isə 4-6 dəfə arasında yuyulmalıdır”.
Smirnova əlavə edib ki, əlləri nəm saxlamaq üçün 12 saatlıq xüsusi kremlər var ki, onlardan istifadə məsləhətlidir. Xüsusilə də çobanyastığı tərkibli kremlərə üstünlük verilməsi tövsiyə edilir.
Kosmetoloq Qalina Kaştanova isə qeyd edib ki, dezinfeksiyaedici vasitələrdən eləcə də sabundan düzgün istifadə edilməlidir: “Əllərinizi ağardıcı və ya spirt ilə yumağın heç bir mənası yoxdur. Adi sabunlar əvəzinə körpə sabunlarından sitifadə etmək daha məsləhətlidir”.
O qeyd edib ki, evdə qalan şəxslər yəqin ki hər zaman olduğu kimi indidə gigiyenik qaydalara riaəyət edirlər: “ Yalnız pula əl vurduqda əllər mütləq şəkildə yuyulmalıdır. Əllər yuyulduqdan sonra isə yumşaldıcı və ya nəmləndirici əl kremlərindən istifadə edilməlidir”.
Kosmetoloq vurğulayıb ki, əlləri xlorhexidin kimi dərmanlarla təmasda olan şəxslərdə dəri quruluğu hər zaman müşahdiə edilir: “ Bu cür vasitələrlə təmasda olanar əllərin quruluğuna xüsusi fikir verməli, müvafiq kremlərdən istifadə etməlidirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB