Karantin rejimini uşaqlara necə başa salaq? PSİXOLOQ RƏYİ-ÖZƏL

“Hazırki karantin rejiminin uşaqlarımızın psixologiyasını təsir etməməsi üçün onlara fərdi yanaşma tələb edir. Evdə qalmaqla bağlı prosesləri kiçik yaşlı uşqlara digər yəni 6-12 yaşlı uşaqlardan fərqli, yeniyetmələrə isə daha fərqli şəkildə aşılayamalıyıq. Kiçik yaşlı uşaqlara da hər hansı proses haqqında məlumatlandırarkən onları qorxutmamalıyıq”. Bu fikirləri SİA-ya açıqlamasında psixoloq Aygün Ağabalıyeva deyib.

O bildirib ki, yeniyetmə dövründə uşaqlar valideynlərinin dediklərindən daha çox ətrafdakıların təsiri altına düşə bilirlər: “Çünki həmin uşaqlar vaxtlarının çox hissəsini dostlar, sosial şəbəkələrdə keçirdikləri üçün daha çox kənar fikirlərə önəm veririrlər. Hazırki dönəmdə bütün proseslər ev daxilində baş verdiyi üçün uşaqları mobil vasitələrdən təcrid etmək mümkün deyil”.

Psixoloq qeyd edib ki, hazırki məqamda valideynlər uşaqları ilə daha çox vaxt keçirməyə üstünlük verməlidirlər: “Bəzi valideynlər deyir ki, onsuzda mən bütün günü uşaqla evdəyəm. Lakin evdə olmaq uşaqla vaxt keçirmək demək deyil. Uşaqlarla vaxt keçirmək onlarla müxtəloif oyunlar etmək, söhbətlər aparmaq, onların sevdiyi işlə məşğul olmaq deməkdir. Online şəkildə müxtəlif oyunlar təşkil etmək, muzeylərə səyahət etməklə ev şəraitində vaxtı səmərəli keçirmək mümkündür. Bu həm də uşaqlarınızın pxisologiyasına da müsbət təsir edə bilər”.

A.Ağabalıyeva qeyd edib ki, uşaqlara hər hansı məsələ ilə bağlı təzyiq edilməməlidir: “Bununla biz uşaqların psixologiyasına mənfi təsir edə bilərik. Hər bir halda əsas məsuliyyət valideynin üzərinə düşür”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə