Rus Pravoslav Kilsəsi rusların gülməsinin uyğunsuz olduğunu bəyan edir...

...Rusiya vətəndaşlarının həyatdan zövq alması və gülümsəməsi uyğun deyil, çünki onlar üçün kədər sevinc və xoşbəxtlikdir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu keşiş Skopin bildirib.

O qeyd edib ki, ətraf dünyada hər kəs Allahın "İndi gülənlərin vay halına, çünki yas tutacaqsınız" sözlərinə baxmayaraq gülür və istehza edir.

...Bilirsiniz, hətta əcnəbilər də biz ruslar haqqında belə bir təəssürat yaradırlar: biz gülmürük. Ruslar gülmür. Onlar bütün süni dişləri ilə həmişə gülümsəyirlər, amma biz gülmürük, hətta süni dişlərimiz olsa belə. Bizim o qədər fərqli bir düşüncə tərzimiz var ki, hətta kədərli görünürük, - deyə keşiş vurğulayıb.

O, bu davranışı əcdadlarının sevincin, xoşbəxtliyin və həyatın mənasının cənnətdə olduğunu, yerdə isə "yalnız kədər" olduğunu başa düşdükləri ilə izah etdir.

Yeri gəlmişkən, noyabrın 3-də Rus Pravoslav Kilsəsinin keşişi Andrey Strutski həmvətənlərini maddi sərvətləri mənəviyyatdan üstün tutduqlarına görə tənqid edərək onları eşşəklərlə müqayisə etmişdi. O, iddia edib ki, "qarınlarından başqa" heç nə bilmək istəməyən "eşşəklər"in sayının artması "xristianlığı azaldır".

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə