190 manatlıq birdəfəlik ödəmə ilə bağlı bütün MƏQAMLAR -RƏSMİ

“Bilirsiniz ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 19 mart 2020-ci il tarixində koronavirus pandemiyası ilə əlaqədar olaraq xüsusi 4 İşçi Qrupu yaradılmışdı və bu İşçi Qruplarından biri də məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı idid. Bu İşçi qrupunun fəaliyyəti nəticəsində müvafiq tədbirlər Planı hazırlanaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olundu və hökumətin müvafiq sərəncamı ilə həm sosial, həm də iqtisadiyyat sahəsində tədbirləri əks etdirən Plan təsdiq olunub. Həmin Planda işsiz şəxslərin sosial müdafiəsi üçün xüsusi tədbirlər nəzərdə tutulub ki, onlardan biri işsiz şəxslərə 190 manat həcmində birdəfəlik müavinətin verilməsidir”. SİA-nın xəbərinə görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev deyib.

Nazirlər Kabineti tərəfindən qısa müddət ərzində birdəfəlik müavinətlərin verilməsi ilə bağl qaydaların hazırlandığını deyən nazir müavini söyləyib ki, həmin qaydalara əsasən, müavinət Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə ödəniləcək.

Kimlərə işsizlik statusu verilir?

O bildirib ki, burada bir sıra şərtlər var ki, onlara riayət olunduğu təqdirdə nəzərdə tutulan ödəməni almaq mümkündür: “ Belə ki, vətəndaş Dövlət Məşğulluq Xidmətində işsiz kimi qeydiyyata alınarkən onun təyinatıelektron şəkildə həyata keçirilir. Əgər vətəndaş Məşğullu haqqında qanunun IV maddəsinə uyğun olaraq məşğul şəxs kateqoriyasına aid deyilsə, o halda ona işsiz statusu verilir. Bu o deməkdir ki, vətəndaşın aktiv əmək müqaviləsi varsa, kənd təsərrüfatında fəaliyyət göstərirsə, pay-torpaq sahibidirsə, sahibkar kimi fəaliyyət göstərirsə həmin şxəslərə işsiz statusu verilmir”.

Birdəfəlik yardımı ala biləcək şəxslər

Birdəfəlik müavinətin şamil olunduğu şəxslərə gəlincə A. Əliyev vurğulayıb ki, 190 manatı almaq üçün ilkin şərt işsiz kimi qeydiyyata alınmadır: “Qeydiyyata alınmadan sonra əgər ailədə digər ailə üzü işləyirsə, o zaman bu ödəmə həmin şəxslə düşmür. Ola bilər ki hər hansı şəxs ailə qurmayıb və işsiz statusuna malikdirsə belə şəxslər birdəfəlik müavinətdən yararlana biləcəklər. Əgər ailədə 18 yaşından yuxarı övlad varsa və valideynlərdən biri işsizdirsə, o zaman işsiz olan ailə başçısı eləcə də 18 yaşlı vətəndaşa birdəfəlik müavinət düşəcək. Birdəfəlik ödəmə pandemiyaya mübarizə prosesi nəticəsində verildiyi üçün dövlətdən hər hansı ödəniş alan şəxslərə bu ödəmə şamil edilmir”.

Müraciətlərlə bağlı VƏZİYYƏT

Qurum rəsmisi qeyd edib ki, müraciətlərin qəbuluna aprelin 4-dən start verilib: “Bu gün artıq 10 min şəxslə birdəfəılik müavinət təyin olunub. Vəsait banklara köçürülüb. 10 min vətəndaş ödəmə ilə bağlı xüsusi sms alacaqlar. Həmin sms-də 3 infrastruktur vasitəsilə ödəmə tətbiq edilib. Belə ki, Kapital Bank, Beynəlxalq və Azərpoçt Məhdud Məsuliyyətli Cəmiyyətin yerli şöbələrinə yaxınlaşaraq şəxsiyyət vəsiqələrini təqdim etməklə onlara ayrılan vəsaiti ala biləcəklər”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə