Milli Məclis "Evdə Qal, Evdə Yarat" aksiyasına dəstək verdi

Milli Məclisin (MM) Sədr müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyevin təşəbbüsü ilə adı çəkilən komitə Mədəniyyət Nazirliyinin və "Kreativ Azərbaycan" portalının elan etdiyi "Evdə Qal, Evdə Yarat" aksiyasına dəstək verərək yaradıcılıq bacarığı və xüsusi istedadı olan gəncləri bu tədbirə qoşulmağa çağırır.

MM-dən SİA-ya verilən xəbərə görə, artıq 2 mindən çox insan sosial şəbəkələr vasitəsilə "Evdə Qal, Evdə Yarat" təşəbbüsünə qoşulub.

Təşəbbüs çərçivəsində insanlar evdə olduğu müddətdə hazırladıqları kreativ məhsulu (rəsm əsəri, video, şeir, musiqi və s.) sosial şəbəkədə #EvdəQalEvdəYarat həştəqini yazmaqla, "Kreativ Azərbaycan" portalının "Facebook" səhifəsini posta işarələməklə paylaşır. Bununla onlar öz yaradıcılıqları ilə koronavirusla mübarizəyə pozitivə fokuslanaraq dəstək verirlər.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə