"Koronavirusla mübarizənin ən effektiv üsulu vətəndaş məsuliyyətidir" - ÖZƏL ŞƏRH

“Koronavirusla mübarizə məsələsində hər bir vətəndaş məsuliyyətli olmalıdır. Dövlət lazımı bütün addımları atır, lakin vətəndaş da bu məsələdə öz üzərinə düşən vəzifəni yerinə yetirməlidir”. Bunu SİA-ya açıqlamasında "İki Sahil" qəzetinin baş redaktoru, politoloq Vüqar Rəhimzadə deyib.

Onun sözlərinə görə, Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldığı ilk gündən bu pandemiya ilə mübarizə zəmnində lazım olan bütün addımları atıb və tapşırıqları verib: “Vətəndaşların isə başlıca vəzifəsi Operativ Qərargahın qərarlarını izləmək, özlərinin və yaxınlarının sağlamlıqlarının təhlükə altında qalmaması üçün verilən bu qərarlara hörmətlə yanaşmaq və bu təhlükə sovuşana qədər verilən tövsiyyələri, tətbiq edilən qadağaları həyatlarının yaşam stilinə çevirməkdir. Çünki bu məslənin tez bir zamanda həlli üçün əsas məsələ vətəndaş məsuliyyətidir”.

V.Rəhimzadə vurğulayıb ki, vətəndaşlar görməli və dərk etməlidir ki, bütün bu addımlar məhz onların sağlamlığı üçündür: “Son zamanlar Operativ Qərargahın qaydaları bir qədər sərtləşdirməsinin əsas səbəbi hələ də bəzi vətəndaşların bu məsələnin ciddiyətini anlamamasından irəli gəlir. Əgər ölkə əhalisi qoyulan qadağalara hamılıqla ciddi şəkildə riayət etsə, qadağaları sərtləşdirməyə ehtiyac qalmaz. Düzdür bu qaydalara əməl edən vətəndaşlarımız çoxluq təşkil edir və düşünürəm ki, bu məsələyə məsuliyyətsiz yanaşan insanlar cəmiyyəti də narahat edir. Buna görə də birmənalı şəkildə hər bir şəxsin Operativ Qərargahın tövsiyələrinə və eyni zamanda xüsusi karantin rejiminin şərtlərinə əməl etmək vətəndaşlıq borcudur”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...