Elşən Məmmədov: "Biz gənclər imkan vermərik ki, müxalifət partiyaları bizdən istifadə edərək çirkin niyyətlərinə çatsınlar"- MÜSAHİBƏ (SƏS TV)

Elşən Məmmədov: "Biz gənclər imkan vermərik ki, müxalifət partiyaları bizdən istifadə edərək çirkin niyyətlərinə çatsınlar"- MÜSAHİBƏ (SƏS TV)

Milli Qəhrəmanlar Birliyinin sədri Elşən Məmmədovun SİA-ya müsahibəsi:

- Bu gün Azərbaycan gəncləri ölkənin ictimai-siyasi həyatında neçə iştirak edir?

- Bu gün Azərbaycanda fəaliyyət göstərən gənclərin ölkənin ictimai-siyasi həyatındakı iştirakını yüksək qiymətləndirirəm. Gənclər və İdman Nazirliyi ilə əməkdaşlıq etdikdə görürük ki, orada 100-lərlə gənc ölkənin ictimai həyatında fəallıq göstərir, dövlətimizin inkişafına dəstək vermək üçün əllərindən gələni edirlər. Azərbaycan gəncliyi bu gün dünyanın ən fəal gəncidir.

- Belə olan halda gənclərimizin müəyyən qüvvələrin təsir altına düşərək aksiyalarda iştirak etməsi nə dərəcədə təəssüf doğurur?

- Müəyyən qüvvələrin təsir altına düşərək aksiyalarda iştirak edən 5-10 gənci Azərbaycan gəncinin adı ilə bağlamaq olmaz. Təbii ki, müxalifət Azərbaycan dövlətinin əleyhinə fəaliyyət göstərən müxalifət partiyalarının təsiri altına düşmuş gənclərdir. O gəncləri də biz çalışmalıyıq ki öz ətrafımızda cəmləşdirək, onlara verilmiş, beyninə həkk olunmuş yanlış fikirlərdən azad edək. Bu gün biz görürük ki, Azərbaycan dövləti, ordusu inkişaf edir. Azərbaycan gəncliyi bu gün dövlət başçısının ətrafında birləşib. Ölkə başçısının həyata keçirdiyi işlərə qiymət verir. İstərdik ki, təsir altına düşən gənclərlə biz gənclər arasında görüş keçirilsin və biz arada onların səhv yolda olduqlarını bildirək və düzgün yola çəkək.

- Bu gənclərin düzgün yola gətirilməsi üçün hansı işlər görülməlidir?

- Bu gün həmin gənclərinm düzgün yola gətirilməsi üçün Gənclər və İdman Nazirliyi böyük işlər görür. Həmin gənclərə məsləhət görərdim ki, həqiqəti öyrənmək üçün nazirliyin qapısını döysünlər. Azərbaycan tərəfindən gənclərə olan qayğını hiss etsələr, o gənclər mənfi fikilərdən azad olacaqlar.

- Nəyə görə, Azərbaycan gənclər siyasətini diqqət təşkil etdiyi təqdirdə müxalifətin gənclər siyasəti pozuculuğa yönəlib?

- Bu gün Azərbaycan gəncləri çox fəaldır və bu gənclər 90-cı illərin gəncləri deyillər. Gənclər dünyada gedən iqtisadi, siyasi proseslərdə yaxından iştirak etdiklərinə görə, Əli Kərimli, İsa Qəmbər istəyirlər ki, fəal gəncləri ələ alsınlar. Lakin onu deyə bilərəm ki, biz gəncləri onlar ələ ala bilməyəcəklər. Çünki Azərbaycanda gənclik böyük bir qüvvədir. Biz gənclər imkan vermərik ki, müxalifət partiyaları bizdən istifadə edərək çirkin niyyətlərinə çatsınlar.

- Müxalifətin təsiri bəs deyilmiş kimi erməni gəncləri tərəfindən də bu prosesə dəstək verirlər. Burada ən təəssüf doğurucu məsələ isə bəzi gənclərimizin onlara uymasıdır. Buna səbəb nədir?


- Erməni gəncləri tərəfindən təsir altına düşən gənclər getsinlər Əli Kərimliyə, İsa Qəmbərə bir sual versinlər ki, 90-91-ci illərdəki çağırışlarınız ucbatından şəhid olan gənclərin ailələrindən xəbəriniz varmı? Heç olmasa şəhid ailələrin qapısını döyüblərmi? Lakin bu gün dövlətimiz həmin ailələrə qayğı göstərir. Erməni gənclərinin təsiri altına düşən gənclərimiz Şəhidlər Xiyabanına gedərək ən azından yadlarına salsınlar ki, orada şəhid olan qardaşları ermənilər tərəfindən həlak olublar. Nə İsa Qəmbər, nə də Əli Kərimli Azərbaycanın 20 faiz işğal altında olan torpaqların geri qaytarılması üçün heç bir addım atmayıblar. Dağlıq Qarabağ problemi onları maraqlandırmır, onları maraqlandıran hakimiyyətə gəlməkdir. Mən həmin gəncləri bir daha bu yoldan çəkinməyə çağırıram.

Bütün xəbərlər Facebook səhifəmizdə