Vətəndaşlığı olmayan şəxslərin sayı açıqlanıb

Keçən il ölkədə qanuni əsaslarla olan və ya yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə bağlı statistik göstəricilər açıqlanıb. SİA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında icmal hesabatda əksini tapıb.

Sənədə əsasən, 2019-cu ilin 31 dekabr tarixinə ölkədə qanuni əsaslarla olan və ya yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin sayı 109 min 130 nəfər olub. Onlardan olduğu yer üzrə qeydiyyata alınan 58 min 990 nəfər, müvəqqəti olma müddəti uzadılan 57 nəfər, müvəqqəti yaşamaq üçün icazə ilə yaşayan 38 min 189 nəfər, daimi yaşamaq üçün icazə ilə yaşayan 11 min 811 nəfər, qaçqın statusu ilə yaşayan 83 nəfərdir.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə