"Maarifçilik keçməyəndə sərt qaydalara müraciət etməliyik" ÖZƏL - AÇIQLAMA

"Yalnız sərt qaydalar tətbiq etməklə bu pandemiyanın yayılmasının qarşısını ala bilərik". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini olan deputatı Fazil Mustafa Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat brifinqində qaydaların sərtləşəcəyinə dair açıqlamalara münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Azərbaycanda dövlət rəhbərliyi və müxtəlif ictimai-siyasi şəxslər tərəfindən xalq arasında müəyyən mənada maarifləndirmə işləri aparılır laki, bəzən bununla kifayətlənməmək lazımdır: "Bu şəraitdə təbii ki, vəziyyətin ciddiliyini anlayan və məsuliyyətli şəxslər bu tövsiyyələri eşidirlər. Lakin, xeyli insanlar var ki, hələ də məsələnin ciddiliyini qəbul etmək istmirlər. Ona görə də bu məsələ böyük problemə çevrilir. Ümid edirəm ki, biz qaydaları daha da sərtləşdirməklə daha çox nizam-intizama nail ola bilərik. Daha çox insanın küçəyə çıxmasının qarşısını ala bilərik. Əgər bütün bu qaydalara riayət edilməsə və daha sərt rejim tətbiq edilməsə koronavirus infeksiyasına yoluxma halları daha da artacaq".

Millət vəkili qeyd edib ki, bəzi hallarda maarifləndiri işlərin aparılması kifayət etməyə bilər, buna görə də daha sərt qaydaların tətbiqinə ehtiyac duyulur: "Əlbəttə ki, maarifçilik işləri aparmaq həmişə lazımdır. Lakin, bəzi məqamlarda müəyyən qaydalar da tətbiq etmək lazım gəlir. Maarifçilik keçməyəndə sərt qaydalara müraciət etməliyik".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...