Bu gün 3-4 min arasında testin həyata keçirilməsi təmin olunub

"Bu gün 3-4 min arasında testin həyata keçirilməsi təmin olunub". SİA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R.Bayramlı deyib ki, gələcəkdə testlərin sayının gündəlik 5 minə çatdırılması nəzərdə tutulub.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev isə qeyd edib ki, bu gün Azərbaycan aparılan testlərin sayına görə 30-cu yerdə qərarlaşıb: "Bu, yaxşı nəticədir. Bəzi ölkələrdə yoluxanların sayının az olması testlərin az aparılması ilə bağlıdır".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə